Bakı və Gəncə şəhərlərində vətəndaşlara məxsus minik avtomobilləri yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus həyətyanı sahədə dayanmış "Mercedes" markalı mınık avtomobilinin mühərrik hissəsi, salonu və 2 ədəd qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 06:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?