Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qıza seksual xarakterli hərəkətlər eləməkdə təqsirli bilinən Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Ittihama görə, Zaur Məmmədov Xətai rayonunda qonşuluqda yaşadığı bacanağın 5 yaşlı qızı Samirəyə (ad şərti verilib)seksual hərəkətlər edib. Zaur Məmmədov Cinayət Məcəlləsinin 150.3.3 (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham edilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Zaur Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?