Erməni əsgərlər Azərbaycan Ordusunun hücumlarından təşvişə düşüb qaçırlar.
gundemxeber.az-ın təqdim etdiyi bu kadrlarda terrorçu Karo Kahkecyanın rəhbərlik etdiyi “Krestonostsı” (“Səliblər”) dəstəsi Azərbaycan əsgərləri tərəfindən darmadağın edilib. Kadrların 1992-ci ilin avqustunda Ağdərə döyüşlərində lentə alındığı bildirilir. Xatırladaq ki, “Səliblər” dəstəsinin (kadrlarda saqqalı) Karo Kahkecyan qulağı kəsik Andronikin Saak adlı cangüdəninin nəvəsidi. 1962-ci ildə Suriyanın Aleppo şəhərində doğulub. Almaniyada memar təhsili alıb. İngilis, fransız, alman, ispan, türk, kürd, ərəb dillərini bilirdi. ABŞ-da yaşayıb. “Döyüş yolu” 1990-cı ildən Azərbaycan- Ermənistan həmsərhəd bölgələrindən başlayıb. Sonradan özü kimi xaricdən gəlmiş ermənilərdən “Səlib” silahlı dəstəsi təşkil edib, Xocavənd, Fizuli, Ağdərə, Laçın, Kəlbəcərdə döyüşlərdə iştirak edib. 26 iyun 1993-cü ildə Ağdərədə 703-cü briqadanın bölmələrilə döyüşdə öldürülüb. Kadrlarda “Səliblər” 701-ci briqadanın bölmələrinin Vaquasa hücumu nəticəsində kənddən və ətraf yüksəklikdəki mövqelərindən itki verərək, çəkilirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?