"Bu gün istilik tariflərinin artırılması gündəmdə deyil".
Bu haqda modern.az saytına açıqlama verən "Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, hazırda payız-qış mövsümünə hazırlıq gedir:
"Noyabr ayının 15-dən etibarən payız-qış mövsümünə keçidlə əlaqədar istilik verilməsinə başlanacaq. Hazırda əhali, istehlak qrupu üçün 1 kvadratmetr yaşayış sahəsinə 15 qəpik isitmə haqqı nəzərdə tutulub.
Baxmayaraq ki, tarifimiz maya dəyərindən aşağıdır, qiymətlərin artırılması gündəmdə deyil. Bununla bağlı tərəfimizdən Tarif Şurasına müraciət edilməyib".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?