GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 38 VİLLA, QOHUMLARA VERİLƏN “PAKETLƏR”…- Məmmədovlarla bağlı yeni İDDİALAR

38 VİLLA, QOHUMLARA VERİLƏN “PAKETLƏR”…- Məmmədovlarla bağlı yeni İDDİALAR

Tarix: 13-10-2015, 13:46 Bölmə :Ölkə Baxış: 0
38 VİLLA, QOHUMLARA VERİLƏN “PAKETLƏR”…- Məmmədovlarla bağlı yeni İDDİALAR

Nəqliyyat Nazirliyidə, nazirliyə tabe MMC və qurumlarda yoxlamalar gedir. Bu barədə məlumatı musavat.com verib. Məlumatlarda bildirilir ki, Məmmədovlar ölkə daxilində yükdaşımalarına nəzarət etməklə hər il yüz milyonlarla manat gəlir əldə edirlər. Bu sahənin qeyri-rəsmi kuratoru nazirin qardaşı İmran Məmmədovun oğlu Rövşən Məmmədovdur. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, Rövşən Məmmədovun fəaliyyətini Bakıda Avropa Oyunları keçirilən günlərdə Vergilər Nazirliyinin əməkdaşları yoxlayıb. O günlərdə onu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparıb 7-8 saat saxlayıblar. Sonradan sərbəst buraxılan R.Məmmədov oktyabrın ilk günlərində yenidən saxlanılıb və buraxılıb.

Az əvvəl tutduğu postdan uzaqlaşdırılan “Bakısərnişinnəqliyyat” MMC-nin direktor müavini Davud Əfəndiyev də istintaqa cəlb olunub. Qaynağımız bildirir ki, nəqliyyat nazirinin bacısı oğlu olan D.Əfəndiyevin adı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan bir cinayət işində keçir.
2 ay əvvəl başlanan cinayət işinin əsasını bir neçə milyon manatın mənimsənilməsi, ələ keçirilməsi təşkil edir. İşdən çıxarılmasına baxmayaraq, bu gün də qeyri-leqal olaraq Beynəlxalq Avtovağzal Kompleksində oturması haqda məlumat var. Bu ilin sentyabrında kompleksə rəhbər təyin olunan Seymur Aslanovun da nəqliyyat nazirinin kadrı olduğu bildirilir. Kompleksin hazırda faktiki olaraq Davud Əfəndiyev tərəfindən idarə edildiyi qeyd olunur.
Nəqliyyat Nazirliyinə tabe olan və Binəqədi rayonunda yerləşən “Yük daşımaları” MMC vasitəsilə nəzarət olunur. MMC-nin kassa işlərinə İftixar adlı şəxs nəzarət edir. Bu şəxs Məmmədovların adamı hesab olunur. Sahibkarlardan qeyri-rəsmi pullar onun vasitəsilə alınır.

Nəqliyyat nazirinin, onun qardaşlarının var-dövləti haqda əfsanələr dolaşır. Qaynağımız iddia edir ki, Ziya Məmmədovun ölkə ərazisində ümumilikdə 38 villası var. Həmin villaların bir neçəsi nazirə hədiyyə olunub. Onun qardaşlarının mülkləri haqda da məlumatlar var. Nəriman Məmmədov Biləcəri qəsəbəsində yerləşən hərbi şəhərciklərdən birini özəlləşdirib və orada villalar tikib. Şəhərcik ərazisində inşa olunmuş 15 villanın xüsusi qoruması var. Əraziyə giriş mühafizə postundan keçməklə mümkün olur.

Bu ilin aprelinə qədər Nəqliyyat Nazirliyinin xətti ilə həyata keçirilən sərnişin daşımalarından gəlirlərin böyük hissəsinə nazirin Ucardan olan qohumu İradə xanım vasitəsilə nəzarət olunub. Pul axını həmin qadın üzərindən baş tutub.

Nəqliyyat Nazirliyinə tabe olan ən gəlirli sahələrdən birinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX)olduğunu qeyd etmişdik. Qaynağımız bildirmişdi ki, bu baxımdan DANX rəisi postuna öz adamını təyin etdirmək üçün daim klanlararası gərgin mübarizə gedir. Bu il avqustun 3-də Ziya Məmmədov “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”(NİİM) MMC-nin baş direktoru Elnur Nazim oğlu Abdullayevi tutduğu postdan azad edərək DANX-yə rəis təyin edib. Bu postun rəisinin aylıq gəlirinin – ona verilən paketin 50 min manata yaxın olduğu bildirilir.
Qeyd olunur ki, bu xidmət vasitəsilə hər ay milyonlar toplanır. DANX-də Kadrlar İdarəsinin İmran adlı rəisi nəqliyyat nazirinin dostunun oğludur. Vaxtilə ədliyyə sistemindən çalışmış bu şəxs oradan işdə buraxdığı səhvlərə görə çıxarılıb. Məmmədovların büdrədiyi bu günlərdə İmran DANX-də tutduğu vəzifəsini itirib. Hazırda onun barəsində cinayət işinin olduğu da bildirilir. DANX rəisinin 1-ci müavini Ziya Məmmədovun qudası, deputat Əlağa Hüseynovun kürəkənidir. Vaxtilə Yasamal Mühafizə Polisində işləyib. Həftədə 1 dəfə işə çıxan 1-ci müavinin hər dəfə fərqli maşında işə gəldiyi bildirilir. Ayda 4-5 dəfə işdə olan 1-ci müavinin 30 min manat paket aldığı qeyd olunur.

Qaynağımız bildirib ki, Nəqliyyat Nazirliyinin sürücülərə qarşı qəddar davranışı ilə seçilən Nəqliyyat Müfəttişliyindəki işçilərin böyük əksəriyyəti – təxminən 70 faiz müfəttiş heç bir sənədləşmə aparılmadan işə götürülürlər. Kifayətdir ki, nəqliyyat müfəttişi olmaq istəyən şəxs idmançı görkəmli olsun. Küçədən tutulmuş bu şəxsləri nəqliyyat müfəttişliyinə məxsus maşınlara verirlər. Maşınlardakı ekipajlardan yalnız “starşı”lar rəsmi işçidir. Onlar ayda 1500, müfəttişlər isə 1000 manat paket alırlar. Müfəttişlərə verilən əmr isə 1 bənddən ibarətdir – mümkün qədər çox maşın saxlayıb sürücülərin sənədini almaq.

Qaynağımız deyir ki, böyük təmtəraqla Bakıya gətirilən London taksiləri də Məmmədovların şəxsi gəlir mənbəyinə çevrilib. Daxili qaydalara görə, Bakı küçələrində şütüyən London taksilərinə 3 aydan bir texniki baxış keçirilməli, işlənərək sıradan çıxmış hissələr yeniləri ilə əvəzlənməlidir. Sənəd üzərində əvəzlənən hissələrin pulunu şirkət ödəməlidir. Faktiki isə sürücülər ödəyir. Servis xidməti üçün şirkətə müraciət edən maşınlar təmir olunmuş kimi rəsmiləşdirilir və təmir xərcləri şirkətin hesabından silinir. Bu səbəbdən də London taksiləri tez-tez təmirə saxlanmış kimi rəsmiləşdirilir, təmir xərcləri isə nağdlaşdırılaraq ələ keçirilir. Bu işlərə də Rövşən Məmmədov rəhbərlik edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • Ziya Məmmədovun qardaşı oğlu məşhur idmançını həbs etdirdi

    Ziya Məmmədovun qardaşı oğlu məşhur idmançını ...

    9-12-2016, 14:14

  • 
  • Fazil Məmmədovun yaxınları istintaqa cəlb olundu - Həbslər ola bilər

    Fazil Məmmədovun yaxınları istintaqa cəlb olundu ...

    26-01-2018, 11:00

  • 
  • Bəylər Əyyubovun bacısı oğlu həbs olunub

    Bəylər Əyyubovun bacısı oğlu həbs olunub ...

    5-09-2013, 15:20

  • 
  • Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... - Atası ilə əlaqədar problemlərlə bağlı...

    Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... ...

    28-09-2015, 12:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu