Kürdlər “İslam Dövləti”nin (İŞİD) “paytaxt”ı Rakka şəhərini bir neçə həftə ərzində ələ keçirəcəyinə söz veriblər.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə kürd özünümüdafiə dəstəsinin komandanı Sipan Xamo bildirib.
Onun szölərinə görə, hazırda ABŞ-ın başçılıq etdiyi koalisiya ilə əməliyyatın başlanğıc tarixinin uyğunlaşdırılması üçün danışıqlar aparılır.
Qeyd edək ki, oktyabrın 12-də PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-ə yaxınlığı ilə tanınan qruplar “Suriya Demokratik Gücləri” adı altında birləşib. Birləşmiş güc İŞİD-ə qarşı birlikdə vuruşacaq.
YPG (PYD-nin hərbi qanadı) və YPJ (YPG-nin qadınlardan ibarət qrupu), həmçinin Suriya ərəb koalisiyasını təşkil edən “Ceyş əl-Suvar”, “Burkan əl-Firat”, “Əl-Sanadid”, “Əl-Cəzirə” briqadaları və Süryani Hərbi Şurası "Suriya Demokratik Gücləri”ndə təmsil olunacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?