Oktyabrın 14-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Digah”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Hacıqabul-2”, Qazax magistral qaz kəmərləri sahəsinin “Samux” və Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq”, “Azadqaraqoyunlu”, “Tərtər” və “Kövər”, həmçinin Yevlax rayonunun Malbinəsi qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Abşeron rayonunun Məhəmmədi, Digah, Fatmayi, Görədil və Novxanı, Samux rayonunun Sərkar, Bağbanlar, Çobanabdallı, Qarabağlılar, Lək, Hacıalılar, Fizuli və Zaknis kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın mətbuat xidmətindən Xəzərxəbər-ə verilən məlumat görə, aparılan işlərin Şirvan şəhərinin, eyni zamanda Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?