akı Beynəlxalq Avtovağzalının Sumqayıt yolu tərəfindəki torpaq sürüşməsi təhlükəli həddə çatıb. Avtovağzalla yol arasındakı istinad divarında yaranan çatların həcmi böyüyüb. Mütəxəssislər bildirir ki, yağışlar davam etsə böyük çökmə baş verə bilər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Sumqayıt yolu tərəfində baş verən torpaq sürüşməsi artır.
Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev vəziyyətin kritik həddə çatdığını açıqlayıb. Bir neçə gündür həmin ərazidən avtovağzala giriş bağlanıb.
Avtovağzalla yol arasındakı istinad divarında yaranan çatların həcmi böyüyüb. Ağır texnikaların ərazidə işlədilməsi üçün divarlar üzərində bənd bərkitmə işləri görülür.
Ekspertlər tərəfindən ərazidə araşdırmalar aparılır və sürüşmənin səbəbi araşdırılır. Mütəxəssislər ehtimal edir ki, sürüşmə yağıntı və ərazidə salınmış yaşıllıq zolağının suvarılmasına görə baş verib. Bu da davam edərsə ərazidə uçma, böyük çökmə baş verə bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?