ANS TV-nin məlumatına görə, sürücü səhlənkarlığının səbəb olduğu qəza Bakı Dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Qəsəbə ərazisindəki bazarın yaxınlığında geriyə dönmə əməliyyatı həyata keçirən “Mercedes” markalı avtomobil qarşıdan gələn nəqliyyat vasitəsini gözləməyib. Nəticədə öz yolu ilə hərəkətdə olan “İnfiniti” markalı avtomobil “Mersedesə” çırpılıb.
Qəza zamanı “Mercedes”də olan iki nəfər Camal Rəhimov və Pərviz Babalı xəsarət alıb. 1 Saylı Şəhər Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Qəza nəticəsində “Mercedes” də olan tərəvəz məhsulları isə yola dağılıb.
Qəza yerinə təyin ediləcək ekpertizadan sonra hadisəyə hüquqi qiymət veriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?