Türkiyənin Van şəhərində silahlı insident baş verib.
APA-nın "Milliyət"-ə istinadən verdiyi məlumata görə, Van şəhəri terrorla mübarizə idarəsinin əməkdaşları şübhəli bilinən 2 şəxsi izləyiblər.
Təqib olunduqlarını başa düşən PKK terrorçuları polis əməkdaşlarına atəş açıb. Nəticədə polis əməkdaşlarından biri sinəsindən yaralanıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Əməliyyat zamanı terrorçulardan 1 məhv edilib, digəri yaralı şəkildə ələ keçirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?