Bakı şəhəri, Səbail rayonu 160 saylı Klassik Gimnaziyasında 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verib.
Bu barədə "Report"a Səbail Rayonu Polis İdarəsindən bildirilib.
Hadisə nəticəsində gimnaziyanın 10-cu sinif şagirdi, 16 yaşlı Fərhad İlham oğlu Qasımov döyülüb. Onun burnu sındırılıb. F.Qasımov xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 160 saylı Klassik Gimnaziya Təhsil Nazirliyinin 2013-cü ildə açıqladığı 2012-2013-cü il buraxılış imtahanlarının nəticələrinə görə orta məktəblərin reytinq siyahısında ikinci olub.
Sorğu
Yeni dizaynımız necədir?