Qafqaznews.az saytı olaraq “Qaçqınkom”un departament rəhbəri Pənah Əliyevin özü və oğlu barədə bir neçə yazı dərc etmişik.
Bu yazılar ictimaiyyətdə ciddi rezonans doğurduğu üçün komitə sədri Əli Həsənov Pənah Əliyevi yanına çağıraraq xeyli tənbeh eləyib. Əli Həsənov onun səhvi ucbatından mətbuatda Pənah Əliyevin mülklərinin siyahısının təqdim olunmasına görə ona ciddi iradını bildirib. Ancaq Pənah Əliyev öz növbəsində Əli Həsəonovun nəzərinə çatdırıb ki, bir müddət əvvəl mətbuatda onun nəvələrinin dəyəri milyonlar olan avtomobillərinin “reklamı” olub və onun mülklərinin dəyəri komitə sədrinin nəvəsinin avtomobillərinin dəyəri ilə müqayisədə heç nədir… Bizim gümanımıza görə, Əli Həsənovun hazırda hərbi xidmətdə olan nəvəsinin fotoları Pənah Əliyevin yaxınları tərəfindən mətbuata ötürülüb. Həmin fotoların bir nüsxəsi də saytımızın elektron poçtuna göndərilib.
Qeyd edək ki, Əli Həsənovun nəvələrnin avtomobilləri barədə yazı bu yaxınlarda qaynar.info saytında oxuculara təqdim olunmuşdu. Apardığımız araşdırmalar nəticəsində Əli Həsənovun nəvələrinin avtomobillərinin təmiri Bayıl qəsəbəsində yerləşən Rafael adlı ustanın təmir sexində aparılır. Bu barədə 10474268_1644485899144614_1750612671_ngələn yazımızda bəhs edəcəyik. Zaman-zaman mətbuatda məmur övladlarının, onların yaxınlarının bahalı həyat tərzləri ilə bağlı yazılar dərc edilir.
Bu dəfə isə Qaynar.info saytına Sumqayıt şəhərində yaşayan sakinlərdən biri maraqlı video
Belə ki, sözügedən videoda görüntülənən maşınlar Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvələrinə məxsusdur.
Qiyməti minumum 150 min dollardan başlayan bu avtomobillər həm markalarına, həm də “zerkalnı” nömrələri ilə şəhər sakinləri arasında çox məhşurdur. Videodan da göründüyü kimi Əli Həsənovun nəvələri 3 bahalı avtomobili qatar şəklində saxlayıblar. Hətta maşınların seriya nömrələri də bir-birinə bənzəyir. Videonu göndərən şəhər sakini deyir ki, Sumqayıtda “Əli Şamiloviç”in (Əli Şamil oğlu Həsənov xalq arasında daha çox bu adla tanınır) adına hətta maraqlı lətifələr də dolaşıb.Əli Şamiloviçin aldığı evlərin sayı o qədər çoxdur ki, yerli sakinlər “O nədir ki, hər “padyez”də ond an var?” – deyə bir-birlərinə cavabı bəlli suallar verirlər. Digər bir maraqlı məqam isə Əli Həsənovun aldığı əmək haqqıdır. O, Baş nazirin müavini kimi 2031, komitə sədri kimi isə 1875, toplam 3906 manat maaş alır. Maraqlıdır bu məvaciblə komitə sədri nəvələrinə dəyəri yarım milyona yaxın olan (hələlik bizə məlum olan) maşınları, eləcə də Sumqayıtdakı mənzilləri necə alıb?
Xatırladaq ki, ölkə başçısı bir neçə dəfə məmurların iştirak etdiyi müşavirədə onların və övladlarının bahalı həyat tərzi keçirimələri ilə bağlı sərt xəbərdarlıq edib. Prezident bir neçə dəfə çıxışında “məmur xalqın qulluqçusu olmalıdır, xalqın ən birinci qulluqçusu da mənəm” deyib. Ancaq görünən odur ki, məmurlar bu tənqidlərdən heç bir nəticə çıxarmırlar. Və xalqdan qulluqçu kimi istifadə edirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?