Bakı-Qazax magistralının 235-ci kilometrliyində, Ucar rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, "VAZ-2107" markalı minik maşını yolun təmir gedən hissəsində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol nişanına, sonra BYD markalı minik maşınına çırpılıb, daha sonra isə aşıb.
"VAZ-2107" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişini isə xəsarət alıb. BYD markalı avtomobildə xəsarət alan olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Ölən və yaralanan şəxslərin kimliyi aydınlaşdırılır. İlkin ehtimala görə, qəzaya "VAZ-2107" markalı avtomobilin sürücüsünün sürət həddini aşması səbəb olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?