Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. gundemxeber.az-ın trend-ə istinadən xəbərinə görə, bu barədə Səbail Rayon Polis İdarəsindən bildiriblər. İdarədən verilən məlumata görə, hazırda İ.Mahmudov işinin başındadır. Onun işdən azad edilməsi ilə bağlı da heç bir əmr və ya qərar verilməyib. Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İ.Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. İ. Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.
Səbail Rayon İcra Hakimiyyətindən də gundemxeber.az-a verilən məlumata görə, İ. Mahmudov polis rəisi kimi bu gün İcra hakimiyyətində 9 ayın yekunlarına həsr olunmuş tədbirə qatılıb. ***
Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov vəzifəsindən azad edilib. gundemxeber.az-ın report-a istinadən xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, İ. Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?