Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən yüksək rütbəli zabitlərinin sayı 12 nəfərə çatıb. Həmin şəxslərin barəsində həbs qərarı Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmə həmin şəxslərin işinə hissə-hissə baxıb və qərar çıxarıb. Qərarla onların barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. MTN-nin həbs olunan əməkdaşlarının barəsində keçirilən proseslər qapalı olub. Prosesə Vəkillər Kollegiyasının 14 və 3 saylı hüquq məsəhələtxanalarının vəkilləri dəvət edilib. Qeyd edək ki, MTN-nin vəzifəli şəxslərinin cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır. Onlar Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edilib. Qeyd edək ki, barələrində cinayət işi başlananlar MTN-in əməkdaşı Fərhad Atayev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı general-mayor Natəvan Məmmədova, polkovnik Füzuli Ələsgərzadə və digər şəxslərdir. Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bura sahibkarlardan “haqq tələb edilməsi”, onların yersiz incidilməsi, MTN-in səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?