Rayon qeydiyyatında olan avtomobillərinin Bakıya buraxılması ilə bağlı yeni qaydaların tətbiq edilməsi təklif edilir.
Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev bildirib ki, ola bilər ki, avtomobillərin Bakıya buraxılmaması kiminsə korporativ maraqlarına kömək edəcək: “Amma bizim rayon camaatının çoxu burada əziyyət çəkir. Belə çıxır ki, Azərbaycan vətəndaşı taksi ilə Bakıya gələ bilməz”.
M.Quliyev deyib ki, burada ortaq bir variant tapılmalıdır: “Rayondan Bakıya işləyən taksilərə ayrıca lisenziya verilməlidir. Rayondan gələn taksi sürücüləri artıq bunun həlli yolunu tapıb. Lisenziyanın haqqını yolda dayananlara ödəyib gəlirlər. Yaxşı olardı ki, bu vəsait dövlət büdcəsinə ödənilsin. Bəzi məmurlarımız və hətta millət vəkilləri var ki, onların avtomobilləri rayon qeydiyyatındadır və Bakıya gəlməkdə problem yaranır. Hesab edirəm ki, Nazirlər Kabinetinin bu qərarına yenidən baxılmalı və deyilən nöqsanlar aradan qaldırılmalıdır” ("Trend")
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?