Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlər aidiyyəti orqanlara veriləndən sonra bizim müfəttişlərimiz orada işlə təmin olunacaq.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
"Sözsüz ki, müfəttişlərin hamısı Nəqliyyat Nazirliyində qalmayacaq. Bizdən alınan səlahiyyətlər aidiyyəti orqanlara veriləndən sonra əməkdaşlarımız orada işlə təmin olunacaq", - deyə nazir müavini bildirib.
M.Pənahov "işsiz qalanlar olacaqmı" sualına bu cür cavab verib:
"Təbii ki, onların hamısını işlə təmin etmək mümkün deyil. Hesab edirəm ki, işsiz qalanların sayı az olacaq".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?