GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Mahmudovdan şikayətçi düşənin kimliyi bəlli oldu - Cavanşir Feyziyev MTN-ə aylıq haqq verirmiş?

Eldar Mahmudovdan şikayətçi düşənin kimliyi bəlli oldu - Cavanşir Feyziyev MTN-ə aylıq haqq verirmiş?

Tarix: 21-10-2015, 16:34 Bölmə :Ölkə Baxış: 0
Eldar Mahmudovdan şikayətçi düşənin kimliyi bəlli oldu - Cavanşir Feyziyev MTN-ə aylıq haqq verirmiş?

Prezident İlham Əliyevin Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova və onun şevrəsinə qarşı sərt davranması, konkret cəza maşınının işə düşməsi bir çox çevrələrdə həyəcana nədən olub. Amma bu prosesdə müəmmalı məqamlar da yetərincədir ki, DİA.AZ olaraq həmin istiqamətlərə müəyyən aydınlığı gətirməyə çalışdıq.

Qeyd edək ki, prezidentin bu sərt mövqe nümayişi MTN-nin ayrı-ayrı yetki sahibləri tərəfindən iri iş adamlarına qarşı təzyiq faktının ifşasından sonra baş tutub.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən DİA.AZ-a dünən verilən rəsmi məlumatda qeyd olunurdu ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİA.AZ onu da xatırladır ki, digər məlumatlarda MTN-in bu günlərdə həbs edilən 11 əməkdaşının Nərimanov Rayon Polis İdarəsinin (RPİ) istintaq təcridxanasında saxlanıldığı bildirilir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həbs olunan 11 nəfərin hamısı barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Səbayel Rayon Məhkəməsinin qərarına görə, ittiham və həbs olunan şəxslər Ədliyyə Nazirliyinin Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasına köçürüləcəklər.

MTN-çilər barəsində həbs-qətimkan tədbirini seçən hakimin adı da bəlli olub. Bu şəxs Səbayel Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovdur. R.Əhmədov 2013-cü ildə Prezident Administrasiyası İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev barəsində də həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Həbs edilən şəxslər barədə CM-in 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb..

Faktla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.

Burada maraqlı bir məqam isə DİA.AZ-a daxil olan informasiyadan anlaşılır. Belə ki, redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, artıq bir neçə iş adamı MTN rəhbərliyinə qarşı istintaq orqanları ilə əməkdaşlıq etməyə başlayıblar. Amma buna qədər də əməkdaşlıq edənlər olub və həmin şəxslərin sırasında "Avromed" şirkətinin prezidenti, 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilmiş Cavanşir Feyziyev də var.

Məlumatlı mənbələr iddia edir ki, Cavanşir Feyziyev elə ilkindən Eldar Mahmudova qarşı ifadə verib və onun, habelə onunla yanaşı daha bir neçə iş adamının ifadəsi bugünkü mənzərənin yaranmasında müstəsna rol oynayıb.

Cavanşir Feyziyevin nədən Eldar Mahmudova qəzəbli olmasına gəlincə isə bunun də səbəbləri var imiş, Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, Feyziyev hər ay MTN-ə "sabitlik pulu" adı altında haqq ödəyirmiş. Yəni o, sərbəst iqtisadi fəaliyyətinə görə MTN-ə bprclu olduğuna görə, bunun haqqını verməli imiş...

DİA.AZ xatırladır ki, Cavanşir Feyziyevin adı MTN-ə əks cinahda hələ 2011-ci ildə hallanmağa başladı. Həmin ərəfədə Anar Mustafayev adlı şəxs müvafiq dövlət qeydiyyatından keçmədən, lisenziya almadan hazırda şəxsiyyətləri istintaqla araşdırılan Azərbaycan, Türkiyə və İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ildən 2011-ci ilin may ayının sonunadək külli miqdarda, yəni 53 min manatdan artıq məbləğ dəyərində müxtəlif adda və sayda dərman preparatlarını qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək, Türkiyə və İrandan Azərbaycana gətirilməsini və Bakı şəhərində satışını təşkil edibmişlər. İstintaq-əməliyyat tədbirləri çərçivəsində Anar Mustafayevin idarə etdiyi «Mercedes-Benz» markalı avtomobilə, eləcə də yaşadığı mənzilə keçirilmiş baxış zamanı Türkiyədən və İrandan Azərbaycana qaçaq yolla gətirilmiş 163 adda 53 min manatdan artıq dəyərdə çoxlu sayda dərman preparatları aşkar edilərək götürülmüşdü.

Faktla bağlı o zaman MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılmışdı və A.Mustafayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi.

Mənbə iddia edir ki, həmin şəxs "Avromed" şefi Cavanşir Feyziyevin adamı olub və qeyd olunan ərəfədən də MTN-nin hədəfinə çevrilən deputat artıq illər ərzində "sabitlik pulunu" ödəməyə məhkum edilibmiş.

Nəhayətdə usanan deputatın MTN şefi ilə bağlı daha yuxarı instansiyalara şikayət etdiyi də söylənilir.

Qeyd edək ki, Bütün bu iddia olunanlarla bağlı deputatla və onun yaxınları ilə əlaqə yaratmağa çalışsaq da, alınmadı... Amma yenə də istənilən maraqlı tərəfin mövqeyini işıqlandırmağa hazırıq...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MTN-in daha dörd yüksək vəzifəli əməkdaşı işdən çıxarıldı - YENİLƏNİB

    MTN-in daha dörd yüksək vəzifəli əməkdaşı işdən ...

    24-10-2015, 15:57

  • 
  • Həbs edilən MTN-çilərin dəqiq adları və vəzifələri məlum oldu - TAM SİYAHI

    Həbs edilən MTN-çilərin dəqiq adları və ...

    21-10-2015, 18:56

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı

    Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı ...

    4-11-2017, 15:14

  • 
  • Həbs olunan MTN zabitlərini hansı cəzalar gözləyir

    Həbs olunan MTN zabitlərini hansı cəzalar gözləyir ...

    20-10-2015, 22:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu