GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlham Əliyevdən "rəngli inqilab" hədəsinə "məxməri inqilab" gedişi - Prezident harınlamış məmurlara qarşı sərt ritorikadan radikal islahatlara keçdi (Bizim şərh)

İlham Əliyevdən "rəngli inqilab" hədəsinə "məxməri inqilab" gedişi - Prezident harınlamış məmurlara qarşı sərt ritorikadan radikal islahatlara keçdi (Bizim şərh)

Tarix: 21-10-2015, 17:02 Bölmə :Ölkə Baxış: 0
İlham Əliyevdən "rəngli inqilab" hədəsinə "məxməri inqilab" gedişi - Prezident harınlamış məmurlara qarşı sərt ritorikadan radikal islahatlara keçdi (Bizim şərh)

Prezident İlham Əliyev radikal islahatlara qərar verdi. Harınlaşmış məmurlara verilən limit başa çatdı və dövlət başçısı sərt ritorikadan sərt addımlara keçdi. Bütün bunların belə sonluqla başa çatacağını Avropa.infonun ekspert qrupu dəfələrlə yazmışdı.

Prezident sərt addımlarla yanaşı iqtisadi islahatlara da start verdi. Artıq mətbuatda dövlət başçısının son addımları məxməri inqilabın başlanğıcı kimi dəyərləndirilir. Bu barədə bir qədər sonra...

Beləliklə, oktyabrın 17-də Azərbaycanın milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi. Eyni zamanda, MTN – nin 7 əməkdaşı məhkəmə qarşısına çıxarılaraq, barəslərində aylıq həbs qətimkan tədbiri seçildi.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluq Cinayət Məcəlləsinin bir sıra maddələri ilə MTN-in 7 vəzifəli şəxsi barədə həbs qəti-imkan tədbiri seçib.

Bu maddələrdən biri Cinayət Məcəlləsinin 308.2-ci maddəsidir. Maddə Məcəllədə əks olunmuş 308.1-ə istinadla ağırlaşdırıcı hal kimi tətbiq edilib. Belə ki, 308.1-maddəsində deyilir: “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308.2-ci maddə isə məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

309.1 maddəsi isə vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cəzanı nəzərdə tutur.

Bu maddə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
302-ci maddə isə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma ilə bağlıdır.

Həbs edilənlərə elan edilmiş 302.2 maddəsi informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə nəzərdə tutlan cəza ilə bağlıdır. Bu zaman min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mətbuatın verdiyi məlumata görə, E. Mahmudov vəzifə səlahiyyətlərini aşaraq siyasi hakimiyyətin təmsilçilərinin telefon danışıqlarının dinlənilməsini həyata keçirib. Eldar Mahmudovla bərabər MTN-in bir qrup generalının saxlanılması da böyük əks-səda doğurdu. Məlumata görə, həbs edilənlər arasında MTN-in Monitorinq Mərkəzinin əməkdaşı Azərbaycan tarixində ilk dəfə olaraq general-mayor hərbi rütbəsi ilə təltif olunan qadın Natəvan Mürvətovanın, MTN-in Monitorinq Xidmətinin rəisi general mayor Teymur Quliyevin adı var.

KİV-də yayılmış digər bir informasiyada isə nazirin vəzifəsindən çıxarıldığı saatlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə əməliyyat qrupunun MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevi, eləcə də daha bir neçə yüksək rütbəli əməkdaşını həbs etməsi qeyd edilir.

Daha sonra mətbuatda Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin də saxlanılaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı xəbəri yer alıb. Milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovun, MTN mərkəzi aparatının rəhbəri Fərhad Vahabov barədə ev dustaqlığı qərarı verilməsi barədə də məlumatlar dolaşmaqdadır.

Oktyabrın 18-də isə Prezident İlham Əliyevin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə fövqəladə toplantı keçirib. Toplantıda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunduğu qeyd olunub.

MTN rəhbərliyinə qarşı əməliyyatı Baş Dövlət Xüsusi Mühafizə İdarəsi və Baş Prokurorluq birgə həyata keçirib, ona Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edib.

Məlumatlara görə, MTN ölkədə kiçik və orta biznesin dirçəlməsinə, inkişafına qarşı əsas cəza alətinə çevrilmişdi. Nazir Eldar Mahmudovun göstərişi, nazirliyin Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin, nazir müavini Hilal Əsədovun, habelə Akif Çovdarovun və digərlərinin fəal iştirakı və dinləmə qurğularının köməyi ilə ölkənin biznes-elitasının, habelə orta biznesin tanınmış nümayəndələrinin fəaliyyəti izlənilib.

Sonra bu biznesmenlər barədə kompromat xarakterli materiallar toplanılıb. Bundan sonra MTN-in əməliyyat qrupu rəhbərliyin göstərişi və Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin şəxsən iştirakı ilə biznesmenlərin qanunsuz həbslərini həyata keçirib. Söhbət de-fakto sanksiyasız həbslərdən, biznesmenlərin "haqq" alınması üçün girov götürülməsindən və ciddi korrupsiyadan gedirdi.

Biznesmenləri MTN-in təcridxanasında həftələrlə, bəzən aylarla saxlayırdılar. Onların barəsində həbs tədbirinin dəyişdirilməsi üçün hər biznesmendən böyük məbləğdə pul alıblar.

Beləliklə, İlham Əliyev dövlət içində dövlət yaratmaq istəyənlərin cəhdlərinin qarşısını almış oldu. Bununla yanaşı, ölkə rəhbəri azad biznesin inkişafı üçün əməli gedişlər etdi.

Dövlət başçısı peşəkar və sadiq kadrlarla işləyə biləcəyini nümyiş etdirdi. Pezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzaladı.

İlham Əliyev bununla ciddi kadr islahatlarına başlayacağını bəyan etdi. Bu kadr təyinatı hakimiyyət stukturlarına islhatçı kadrların çəkilməsi kimi də şərh edilə bilər.

Prezidentin sahibkarlarla bağlı verdiyi sərəncam isə ölkənin iqtisadi inkişafı ilə birbaşa bağlıdır. Belə ki, oktyabrın 19-da prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

İlham Əliyevin imzaladığı sərəncama əsasən, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilib. Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının müəyyən edilib və bu fərmanın müddəaları nəzərə alınmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə təkmilləşdirilməsi nəzərdə tutulub.

Nazirlik həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirməlidir.

Fərmana əsasən, prezidentin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli fərmanında aşağıdakı dəyişikliklər edilib:5.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və aşağıdakı məzmunda 5.18-ci bənd əlavə edilib. 5.18. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi nəzərdə tutulur.

Beləliklə, İlham Əliyev siyasi gedişlərlə yanaşı, eyni zamanda iqtisadi reformaların müəllifi kimi çıxış etdi.
Prezident Əliyev Qərbin “rəngli inqilablar” hədəsinə məxməri inqilab gedişi ilə cavab verdi. Son günlər baş verənlər ictimai rəydə ölkə rəhbərinin reytinqinin artması ilə sonuclandı və ən əsası artıq vətəndaşlar azad bazar iqtisadiyyatına keçidin yaratdığı imkanlardan bəhrələnə biləcəklər. Bu isə İlham Əliyev hakimiyyətinin güclənməsi ilə yanaşı Azərbaycan üçün Suriya variantının birdəfəlik məhvi deməkdir. İlham Əliyev ölkəni gözləyən iqtisadi çətinlikləri və kənardan ixrac edilən xaos təhlükəsini cəmi bir neçə gedişlə dayandıra bildi.

Avropa.infonun ekspert qrupu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev radikal islahatlara başlayır - 3 nazir vurulur

    İlham Əliyev radikal islahatlara başlayır - 3 ...

    28-06-2016, 16:11

  • 
  • Prezident İlham Əliyev Eldar Mahmudovu vəzifəsindən azad etdi

    Prezident İlham Əliyev Eldar Mahmudovu ...

    17-10-2015, 20:24

  • 
  • MTN-in daha dörd yüksək vəzifəli əməkdaşı işdən çıxarıldı - YENİLƏNİB

    MTN-in daha dörd yüksək vəzifəli əməkdaşı işdən ...

    24-10-2015, 15:57

  • 
  • MTN Antiterror Mərkəzinin sabiq rəis müavini apellyasiya şikayəti verdi

    MTN Antiterror Mərkəzinin sabiq rəis müavini ...

    23-10-2015, 21:03

  • 
  • DSX generalı barəsində həbs qətimkan tədbiri seçildi

    DSX generalı barəsində həbs qətimkan tədbiri ...

    16-05-2020, 11:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu