GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Mahmudovun “Xaç Atası” da vurulur…

Eldar Mahmudovun “Xaç Atası” da vurulur…

Tarix: 21-10-2015, 17:19 Bölmə :Ölkə Baxış: 0
Eldar Mahmudovun “Xaç Atası” da vurulur…

Əli Əsədovun şəbəkəsinin də başı dərddə…

Prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun başının üstünü qara buludlar alıb. İqtisadi sahədə bir çox səlahiyyətləri olan Əli Əsədov sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vurulmasından sonra yenidən hədəfə çevrilənlər siyahısındadır. Onun Eldar Mahmudovla yaxın münasibətlərinin olduğu haqda məlumatlar var.
Əli Əsədovla Eldar Mahmudovun yaxınlığı uzun illər bundan əvvələ dayanır. Hələ gənclik illərindən dostluq edirlər. Bir yerdə oxuyublar. Maraqlıdır ki, Eldar Mahmudovun bu vəzifəyə təyin olunmasında da Əli Əsədovun rolunun olduğu bildirilir. Konkret olaraq ölkənin ali rəhbərliyi ilə Mahmudovun tanışlığı da Əli Əsədovun vasitəsilə baş tutubmuş. Sabiq MTN şefinin yaxınları da məhz bunu bildikləri üçün Əli Əsədovu hər zaman “Ağsaqqal” bilir və onu MTN şefinin “Xaş Atası” kimi qiymətləndirirdilər.

Eldar Mahmudovun “Xaç Atası” da vurulur…

Əli Əsədovla Eldar Mahmudovun qrup yoldaşı olduqları və bir otaqda qaldıqları bildirilir. Onlarla bir yerdə təhsil alan çox adamlar var ki, hazırda müxtəlif vəzifələrdə çalışırlar. Məsələn, Milli Bulvar İdarəsinin sədri Əfqan Şahmarov (“Ulduz” zavodunun sabiq direktoru) da Əli Əsədov və Eldar Mahmudovla bir yerdə oxuyub və onun Milli Bulvar İdarəsinə təyinatı da məhz “Xaç Atası”nın sayeyi-mərhəmtindən olub.
Əli Əsədov bu səbəblə işlərini daha da genişləndirib. Milli Bulvar İdarəsi və Dövlət Bayraq Meydanı İdarəsi onun kurasiyasında olub. Ölkənin bir çox sahələri kimi sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev həbs olunandan sonra, onun iqtisadi müəssisələri də Əli Əsədovun ixtiyarına keçib. Bir çox iş adamları Fərhad Əliyevin həbsi ilə topyekun Əli Əsədovun və onun adamlarının tabeçiliyinə verilib və fəaliyyətlərini onun yanında davam etdiriblər. Bunlardan biri də iş adamı Musa Süleymanovdur.
Məlumat verən mənbəmiz bildirir ki, əslində, Əli Əsədovun vurulması hadisəsinə Dövlət Bayraq Meydanı Kompleksi İdarəsində baş verən hadisələrdən və onun direktoru Rəşad Məmmdovun həbsindən sonra start verilib. Necə deyərlər, Rəşad Məmmədovun erməni çıxması ilə Əli Əsədovun işi də “ermənicə”yə çevrilib.

Eldar Mahmudovun “Xaç Atası” da vurulur…

Ondan sonra isə Musa Süleymanovla Gürcüstanda davam edən “Kubik-Rubik Otel Kazino” kompleksində işlər dayandırılıb. Bu kompleks “ADO-G” şirkətlər qrupuna məxsus idi. Ancaq “ADO-G” şirkətlər qrupunun gizli sahibi də əslində Əli Əsədovdur və bunu bilməyən yoxdur. “Kubik-Rubik Otel Kazino”Kompleksinin dayandırılma səbəbləri də maraqlıdır. Kompleksin sahibi kimi görünən, əslində isə Əli Əsədovun inanılmış adamlarından biri olan Musa Süleymanov da Beynəlxalq Bankın kreditorlarının siyahısındadır. Onu hətta borclu olduğu külli miqdarda vəsaitə görə, həbs də ediblər. Sadəcə, bir ucu sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudova qədər uzanan güclü himayədarları onu həbs olunmağa qoymayıblar və zaminə buraxdırmağa nail olublar. Musa Süleymanov da olub üzərinə ölkədən çıxma qadağası qoyulan 7.600 adamdam biri. Eldar Mahmudovun “Xaç Atası” da vurulur…

“Kubik-Rubik Otel Kazino” Kompleksinin Gürcüstanda dayandırılma səbəblərindən biri də bu olub. Təbii ki, burada artıq Əli Əsədov ona kömək edə bilməyib.

Diqqətli oxucu xatırlayar. Seçkilərdən bir müddət əvvəl xural.com Musa Süleymanovun oğlu Rəşad Süleymanovun da deputatlığa namizədliyini irəli sürəcəyini yazmışdı. Burada qeyd etmək yerinə düşər ki, Əli Əsədovun oğlu Hidayət Əsədov, Musa Süleymanovun oğlu Rəşad Süleymanov və sabiq MTN şefinin oğlu Anar Mahmudovun həm də dost olduqları və onların üçünün də Milli Məclisdə təmsil olunmaq arzularının olduğu haqqında da məlumat media arxivlərində vardı. Biz əvvəlcə Rəşad Süleymanovun istəyini ictimailəşdirmiş və bu haqda onun fb ünvanındakı mesaj qutusuna informasiya sorğusu göndərmişdik. Ancaq təəssüf ki, cavab ala bilmədik. Və təbii ki, Hidayət Əsədov və Anar Mahmudov haqqında informasiyalar onların valideynlərinin durumları qənaətbəxş olmadığından eləcə də arxivə göndərildi. Görünür, Əli Əsədovun vurulma prosesi Eldar Mahmudovun vurulma prosesindən daha əvvələ gedib çıxır.
Verilən məlumatlarda deyilir ki, Əli Əsədovun obyektləri də axtarış aparılan obyektlərin sırasındadır. Hətta onun köməkçisinin bu yaxınlarda həbs olunduğu da gələn xəbərlər arasındadır. Yəni anlaşılan, Əli Əsədovun Kürdəxanı təcridxanası ilə tanışlığı artıq başlayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15

  • 
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59

  • 
  • Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu

    Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu ...

    26-10-2015, 12:54

  • 
  • Eldar Mahmudovun xanımı: "Danışmaq imkanı yoxdur"

    Eldar Mahmudovun xanımı: "Danışmaq imkanı ...

    6-11-2017, 21:50

  • 
  • Eldar Mahmudovun göydələnlərinin tikintisi dayandırıldı – FOTOLAR

    Eldar Mahmudovun göydələnlərinin tikintisi ...

    27-10-2015, 19:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu