GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Deputatlığa namizəd nələrdə ittiham olunur?

Deputatlığa namizəd nələrdə ittiham olunur?

Tarix: 23-10-2015, 20:53 Bölmə :Ölkə Baxış: 0
Deputatlığa namizəd nələrdə ittiham olunur?

2015-ci il parlament seçkilərində çox maraqlı namizədlər iştirak edir. Ən diqqət çəkən məqam odur ki, namizədlərin bir qismi haqqında google.az da axtarış verəndə hər cür informasiya çıxır. Bəzən bəlli olur ki, indi deputat seçilib xalqı təmsil etmək istəyən namizədin keçmişində kriminal situasiya olub və ya hansısa iş adamları namizədə qarşı mətbuatda çıxışlar ediblər. Məsələn, namizədliyini 60 saylı Neftçala Seçki Dairəsindən irəli sürən İsmayıl Ağayev barəsində internet üzərində axtarış verəndə müəyyən xəbərlər ortaya çıxır. Qısa axtarış zamanı bəlli olur ki, İsmayıl Ağayevin məhkumluğu olub. Hətta ona yaxın şəxslərdən biri sosial şəbəkədə yaydığı sənəddə Ağayevin üzərindən məhkumluğun götürüldüyü faktla təsdiq etməyə çalışıb. Bu isə o deməkdir ki, namizədin keçmişində həbs məsələsi olub. Lakin onun məhz hansı məsələ ilə bağlı saxlandığı, barəsində məhkəmə qərarının olub-olmadığı tam aydın deyil. Bəzi iddialara görə, Heydər Əliyevin hakimiyyətinin ilk illərində İsmayıl Ağayevə xüsusi etimad göstərilib, bu şəxs hətta Banditizm və Terrorizm İdarəsinin rəisi vəzifəsində çalışıb. Lakin OMON hadisələrindən sonra bu idarənin rəhbərliyinə olan etimad yox olub və qurum demək olar ki, buraxılıb. Bundan sonra İ. Ağayevin fəaliyyəti ictimaiyyətə məlum olmayıb. Sonradan İ. Ağayev Beynəlxalq Diaspora Mərkəzinin sədri kimi ictimaiyyətdə görünməyə başlayıb. Hətta bu çərçivədə rüşvət qalmaqalına görə, həbs edilən və sonradan azadlığa buraxılan Gülər Əhmədova ilə yaxınlığı da olub. İsmayıl Ağayev həm də Səbail rayon bələdiyyəsinin üzvü olub. http://gundeminfo.az/-ın iddiasına görə, bələdiyyə üzvü zamanı Ağayevin müəyyən qanunsuz əməllərə yol verib. Say sənəd yayaraq bəyan edib ki, bu sənəd İsmayıl Ağayev 2013-cü ildə Şıxovda saxta sənədlə satmasının sübutudur.

Namizəd 70 min manat dəyərində olan qiymətli əşyanı sahibinə qaytarmır...

Mübariz Nəsibov adlı iş adamı da 2012-ci ildə “Yeni Müsavat” a İsmayıl Ağayevdən şikayət edib. Biznesmen iddia edib ki, Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri vaxtı ilə ondan dəyəri 70 min manat olan qiymətli əşya alıb və bu günə qədər geri qaytarmaq niyyətində deyil: ““Uzun illərdir bizneslə məşğulam. 90-cı illərin əvvəllərində Sankt-Peterburqdan Azərbaycan Müdafiə Nazirliyi üçün zirehli gödəkçələr gətirirdik, yataq mebelləri gətirmişəm. İsmayılın mənimlə nə məqsədlə münasibət qurduğunu bilmirəm. Ancaq mən hər zaman ona dəstək olmuşam. O, DİN-in o zamankı Banditizm və Terrorizmlə Mübarizə İdarəsində çalışanda da ona maddi dəstək vermişəm. İsmayıla deyirdim ki, mənim biznesim var, maliyyə problemlərini düşünmə, heç kimdən də heç nə alma. Onun pula necə düşkün olduğunu da bilirəm. İndi o orda-burda mənim guya övladımın müalicəsi üçün ondan pul istədiyimi deyir. Mənim övladlarım İstanbulda universitetdə təhsil alırlar. Onların səhhətləri ilə bağlı Allaha şükür, heç bir problem olmayıb və yoxdur”.

Deputatlığa namizəd nələrdə ittiham olunur?

İş adamının 10 min ədəd çəkməsi necə yoxa çıxıb?

M.Nəsibov İ. Ağayevin “OMON hadisələri” zamanı dediklərində də səmimi olmadığını bildirib: “İsmayıl Ağayev Mahir Cavadovun mühasirədən çıxmasına şərait yaradıb. İndi deyir ki, guya orada yaralanıbmış. Orada 2 nəfər yaralanıb, onların da adı istintaq materiallarında var. Orada İsmayıl yaralanmamışdı. İsmayıl Ağayev hər zaman mənə rəsmən yalvarıb ki, onun vəzifəyə getməsinə dəstək verim, onun Sumqayıta polis rəisi keçməsinə yardım edim. İsmayıl məndən dəyəri 70 min dollar olan brilyant daşı götürdü ki, bunu verib vəzifəyə gedəcək. Həmin daşı mən indiyə qədər İsmayıldan ala bilmirəm”.

Tərəflər arasında daha ciddi problem isə 10 min ədəd əsgər çəkmələrinin yoxa çıxması ilə bağlı olub: “1995-ci ilin yanvar ayında Daxili İşlər Nazirliyi mənim şirkətimə 10 min ədəd əsgər çəkməsi sifariş verdi. Biz o çəkmələri ucuz qiymətə İrandan gətirirdik. Çəkmələri Dərnəgüldəki anbarlarımıza yığmışdıq. İsmayıl Ağayev 2 gün sonra məndən 200 ədəd çəkmə istədi. Mən də dedim ki, çəkmələr dövlət sifarişidir, verə bilmərəm. Ertəsi gün gəlib gördüm ki, çəkmələr yoxdur. Mən ondan şübhələnməzdim. Hazırda AFFA-nın peşəkar futbol liqasının prezidenti olan Ramin Musayev mənimlə türmədə yatırdı, o həbsxanada özü mənə dedi ki, bu göstərişi "bandotdel"in işçilərinə İsmayıl Ağayev verib. Mən heç bu məsələni açıb-ağartmadım. İndi belə bir adam mənim ondan pul tələb etdiyimi deyir. Bir daha deyirəm, heç nəyə ehtiyacım yoxdur. İstədiyim sadəcə odur ki, İsmayıl gəlsin, bunları etiraf etsin və birdəfəlik özünü xeyriyyəçi, xalqın, millətin dərdinə yanan şəxs kimi təqdim etməkdən əl çəksin”.

“Pirşağı qəsəbəsindəki torpaq sahəsini qanunsuz olaraq zəbt edib”

Dia. Az saytı da bir müddət əvvəl deputatlığa namizədlə bağlı neqativ ruhda informasiya yayıb. Belə ki, Xocalı qaçqını Xudaverdiyeva Sevda Vəli qızı şok ittihamlar səsləndirib. DİA.AZ-a müraciət edən narazı vətəndaş həyat yoldaşı Telman Xudaverdiyefin hazırda Beynəlxalq Diaspor Mərkəzinin sədri, deputatlığa namizəd İsmayıl Ağayev tərəfindən şərlənərək həbs olunduğunu iddia edir. Sevda Xudaverdiyeva bildirir ki, İsmayıl Ağayev bir müddət əvvəl onların Pirşağı qəsəbəsindəki torpaq sahəsini qanunsuz olaraq zəbt edib və hətta daha da irəli gedərək, orada qeyri-qanuni inşa işləri də həyata keçirməyə başlayıb. Xudaverdiyevlər etriaz edəndə isə haızrda deputatlığa namizəd olan İsmayıl Ağayev torpaq sahibini şərləyərək onu həbsə atdırıb. İddia edib ki, giya Telman Xudaverdiyevə torpağın müqabilində pul verib. Narazı vətəndaş dia.az-a yazır ki, İsmayıl Ağayev 2-3 nəfər naməlum adamlarla gələrək özlərini Prezident Administrasiyasının nümayəndəsi kimi təqdim edərək zəbt olunmuş torpaq sahəsinin dövlətin marağında olduğunu bildiriblər: “Hücum edənlərin arasında Aleks adlı bir yəhudi isə hər şeyə qadir olduğunu bildirib. Əslində o dediklərini də edib. Həyat yoldağımı etiraz etdiyinə görə həbsə atdırıb”.
Onu da bildirək ki, Telman Xudaverdiyev 1987-ci ildə Qərbi Azərbaycanı məhz döyüşərək tərk edən azsaylı vətən oğullarındandır.

HÜSEYN

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MSK bu namizədin qeydiyyatını ləğv edə bilər... - Qanunlar belə pozulur -FAKTLAR

    MSK bu namizədin qeydiyyatını ləğv edə bilər... - ...

    15-10-2015, 20:58

  • 
  • XXX deputatlığa namizəd oldu

    XXX deputatlığa namizəd oldu ...

    7-10-2015, 00:16

  • 
  • İmişlidə deputatla icra başçısının komik “seçki texnologiyası”

    İmişlidə deputatla icra başçısının komik “seçki ...

    9-10-2015, 19:59

  • 
  • Xanım deputat-namizədin şok fotoları – Kazinoda

    Xanım deputat-namizədin şok fotoları – Kazinoda ...

    6-11-2015, 14:15

  • 
  • Onlar da deputatlığa namizəd oldular

    Onlar da deputatlığa namizəd oldular ...

    16-09-2015, 23:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu