Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu ünvanlayıb.
gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Federal Prezident,
Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim sülh və firavanlıq diləyirəm".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?