GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nazirlikdə dövlət vəsaitinin mənimsənildiyini sübut edən növbəti SƏNƏD - FOTO

Nazirlikdə dövlət vəsaitinin mənimsənildiyini sübut edən növbəti SƏNƏD - FOTO

Tarix: 25-10-2015, 19:28 Bölmə :Ölkə Baxış: 0
Nazirlikdə dövlət vəsaitinin mənimsənildiyini sübut edən növbəti SƏNƏD - FOTO

Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələrində dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi haqda məlumat vermişdik. Hətta bəzi rayon şöbələrinin müdirlərinin aparılan araşdırmalardan sonra vəzifədən uzaqlaşdırıldığını da qeyd etmişdik. Bəzi rayon şöbələrində dövlət büdcəsinin necə talandığını əks etdirən sənədləri də sübut kimi təqdim etmişdik.
Dövlət büdcəsinin məmurlar tərəfindən necə talanmasını Hesablama Palatasının audit yoxlamaları üzə çıxarıb. Və bu haqda mədəniyyət və turizm naziri Əbülfət Qarayevə məlumat verilib. Nazirin göstərişi ilə işdə yol verdiyi nöqsanlara, dövlət vəsaitini mənimsəməsinə görə Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyev, Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədov işdən çıxarılıb. Bundan başqa Ağdam və bir neçə rayon mədəniyyət və turizm şöbələrində aparılan yoxlamalarda da bu cür nöqsanlar üzə çıxıb.

Ən böyük nöqsan elə nazirliyin əsas idarələrindən biri olan Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində də qeydə alınıb.
gundemxeber.az xəbər verir ki, musavat.com idarədə dövlət büdcəsindən ayrılan vəsaitin necə mənimsənildiyini, yalan hesabatlarla "silindiyini" sübut edən sənəd əldə edib. Bu sənəd Hesablama Palatasının Kollegiya Qərarıdır.
Hesablama Palatasının 2015-ci il 31 mart tarixli Q-39 nömrəli Kollegiya Qərarına əsasən dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə və struktur bölmələrinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit yoxlamalar həyata keçirilib. Hesablama Palatasının 30 iyul 2015-ci il tarixli Q-115 saylı qərarında göstərilir ki, idarədə təxminən 1 milyon manata yaxın vəsaitin mənimsənildiyi üzə çıxıb.

Belə ki, Kollegiya Qərarının 3.1-ci bəndinə əsasən Hesablama Palatasınn Kollegiyası auditin nəticələrini müzakirə edərək qərara alıb ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 1 nömrəli Maliyyə və İqtisad Regional bölməsi tərəfindən işçilərin Türkiyə Respublikasının İstanbul şəhərində istirahəti üzrə xərc edilmiş 18.018 manat, Xızı rayonunun Altıağac qəsəbəsində treninqin təşkili üzrə xərc edilmiş 36.800 manat, Novruz Bayramı şənliklərinin keçirilməsi üzrə 5850 manat, silinmiş mal-material qiymətlərinin dəyəri üzrə 47.932.4 manat, mərkəzləşdirilmiş xərclər hesabına verilən mal-materialların çatışmazlığı üzrə 152.783 manat, artıq ödənilmiş əmək haqqı üzrə 665.1 manat, artıq ödənilmiş ezamiyyə xərci üzrə 27.204.8 manat vəsaitin nəğd qaydada, 173.553.8 manat dəyərində mal-materialların natura formasında bərpası, 299.634.5 manat dəyərində mal-materialların isə digər uyğun mallarla əvəz edilməsi, muzeylərə alınmış 46.676.8 manat eksponatların əsas vəsait kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əvəzsiz qaydada verilmiş mal-material qiymətliləri üzrə 560.280,0 manat ƏDV-nin uçota götürülməsi nəzərə alınsın.

Sözügedən qərarın 3.2-ci bəndinə əsasən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 2 nömrəli Maliyyə və İqtisad Regional bölməsi tərəfindən artıq ödənilmiş 21.404 manat ezamiyyə xərcinin, silinmiş mal-material qiymətlilərinin dəyəri üzrə 36.820 manat vəsaitin nəğd qaydada bərpası nəzərə alınsın.
Həmçinin qərarın 4.4-cü bəndində qeyd edilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid tarif-ixtisas sorğu kitabçası"nın tələblərinə əməl edilməklə artıq əmək haqqı ödənilməsinin qarşısının alınması və tarif səhvi nəticəsində artıq ödənilmiş 117.304.8 manat əmək haqqının bərpası istiqamətində zəruri tədbirlər həyata keçirilsin.

Bundan əlavə Kollegiya Qərarının 4.6-cı bəndində İdarənin tabeliyində olan musiqi məktəbləri, mədəniyyət evləri və kitabxanalar üzrə artıq saxlanılmış 108, ştatdankənar işçi adı ilə isə saxlanılmış 32 ştat vahidinin ixtisar edilməsi tapşırılıb.
Hesablama Palatasının Kollegiyasının müvafiq qərarının 5.1-ci bəndinə əsasən Mədəniyyət və Turizm Nazirliyi öz növbəsində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclər hesabına verilməsi rəsmiləşdirilmiş mal-materialların çatışmazlığı üzrə 66.936 manat, o cümlədən Şaroyev adına 35 saylı Musiqi məktəbi üzrə 11.490 manat, F.Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi üzrə 8510 manat, Bibi Heybət qəsəbə Mədəniyyət evi üzrə 12.000 manat və 5 saylı Uşaq İncəsənət məktəbi üzrə 6586 manat vəsaitin büdcəyə bərpasını təcili təmin etməlidir.

Bundan başqa Kollegiya Qərarının 5.4-cü bəndində qeyd edilib ki, bu qərarla müəyyən edilmiş qanunvericiliyin pozulması halları qısa müddətdə aradan qaldırılmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi təmin edilsin.
Qərarın sonuncu - qeyd etdiyimiz bəndində göstərildiyi kimi, bu qanunsuzluqlara yol verən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Lakin onlar haqda hələlik heç bir tədbir görülməyib.
Hesablama Palatası nazirliyin digər rayon şöbələrində də bu cür nöqsanlar aşkarlamışdı. Hətta həmin şöbələrdə qeydə alınan yeyinti Bakı şəhərinin Mədəniyyət və Turizm İdarəsində rəsmiləşdirilən yeyintidən qat-qat artıqdır.
Nazir rayon şöbələrinin rəislərini cəzalandırsa da, Bakı şəhərinin Mədəniyyət və Turizm İdarəsi ilə bağlı heç bir tədbir görməyib.

Nazirlikdə dövlət vəsaitinin mənimsənildiyini sübut edən növbəti SƏNƏD - FOTO
Nazirlikdə dövlət vəsaitinin mənimsənildiyini sübut edən növbəti SƏNƏD - FOTO
Nazirlikdə dövlət vəsaitinin mənimsənildiyini sübut edən növbəti SƏNƏD - FOTO
Nazirlikdə dövlət vəsaitinin mənimsənildiyini sübut edən növbəti SƏNƏD - FOTO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM

    Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM ...

    30-03-2016, 01:04

  • 
  • Əbülfəz Qarayev kimlərə vəzifə verdi

    Əbülfəz Qarayev kimlərə vəzifə verdi ...

    2-05-2014, 09:47

  • 
  • Mədəniyyət və Turizm İdarəsində yeni təyinat

    Mədəniyyət və Turizm İdarəsində yeni təyinat ...

    27-01-2016, 13:35

  • 
  • Nazirliyin şöbə müdiri rəsmi tədbirdə dünyasını dəyişdi

    Nazirliyin şöbə müdiri rəsmi tədbirdə dünyasını ...

    29-04-2016, 01:33

  • 
  • Ağdamda ağır yol qəzası -Mədəniyyət və Turizm Nazirliyinin işçisi öldü -YENİLƏNİB

    Ağdamda ağır yol qəzası -Mədəniyyət və Turizm ...

    28-03-2018, 12:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (423)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu