MTN-in kiçik və orta sahibkarlara təzyiq göstərməkdə ittiham olunaraq məsuliyyətə cəlb edilən yüksək rütbəli əməkdaşlarının həbsi dalğası görünür, artıq başqa güc strukturlarına da çatır.
gundemxeber.az bildirir ki, virtualaz.org saytının əldə etdiyi məlumata görə, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov vəzifəsindən azad olunaraq, saxlanılıb. General V.Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından idi. O, faktiki olaraq
MTN-in Vergilər Nazirliyindəki nümayəndəsi sayılırdı. Məlumata görə, Vidadi Məmmədovun MTN-də işləyən oğlu və Vergilər Nazirliyində çalışan digər yaxın qohumları da artıq işdən çıxarılıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?