gundemxeber.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün səhər radələrində Qax-Qorağan avtomobil yolunun 2-ci kilometrliyində, rayonun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki sakini, 1990-cı il təvəllüdlü Tərlan Fərhad oğlu Cəbrayılov "Mercedes" markalı avtomobillə Şəkidən Zaqatala istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı qoz ağacına çırpılıb.
Zərbənin təsirindən avtomobildə yanğın baş verib. Yanıq xəsarətləri alan sürücü avtomobildən çıxa bilib. Hadisə yerinə FHN-nin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səylərinə baxmayaraq avtomobil yanaraq yararsız hala düşüb. Yanıq xəsarətləri alan Tərlan isə xəstəxanaya çatdırılıb. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Qax RMX-dan APA-ya bildirilib ki, T.Cəbrayılova 2-ci, 3-cü dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?