Sahibkarlarla bağlı məsələdə Prezident İlham Əliyevin iradəsi ortadadır və insanlar artıq anlamalıdırlar ki, kim ki, bu iradəyə qarşı çıxsa, onun çöx böyük problemləri ola bilər.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Nazirlər Kabinetinin son iclasında ölkədə sahibkarlığın inkişafı, inhisarçılığın aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqlara, daha sonra atılan addımlara və sahibkarlara qarşı qanunsuz əməllərə yol vermiş məmurların cəzalandırılması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, prezidentin mövqeyi dövlət tərəfindən dəstəkləndiyinə görə burada hər hansı narahatlıq sindromu yaşanmamalıdır: "İnsanlar anlamalıdırlar ki, bu məsələdə prezidentin verdiyi təlimatlara uyğun davranış ortaya qoyulmalıdır. Əks halda bu məsələlər o şəxslərin özləri üçün narahatlıq doğuracaq. Çünki indiki şərtlərdə laqeyd davranış həmin şəxlsər tərəfindən ciddi problemlərin əsasını qoya bilər".
Millət vəkilinin fikrincə, bəzi dövlət qurumlarında aparılan "təmizləmə işləri" və həbslər digər qurumlarda da olacaq: "Bəzi dövlət orqanlarında qanunsuzluğa yol vermiş məmurlar arasında aparılmış "təmizləmə işləri" və həbslər digər orqanlarında da davam edəcək. Çünki bu islahat prosesidir və fikrimcə, bu proses davam edəcək".
F.Musatafa hesab edir ki, bu addımlar bəzilərinin düşündüyü kimi heç də kampaniya xarakteri daşımır: "Mən bu dəfə də hər hansı kampaniya xarakterli bir şey görmürəm. Çünki məsələ olduqca ciddidir və söhbət qarşıda gözlənilən iqtisadi böhranla əlaqədar atılan addımlardan gedir. Bu addımlar bu gün atılmasa, sonra bu sahədə problemlər daha da böyüyəcək və nəticələri pis olacaq".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?