GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Oyunlara görə on minlərlə insanın evini yıxan hökumət

Oyunlara görə on minlərlə insanın evini yıxan hökumət

Tarix: 28-10-2015, 16:32 Bölmə :Ölkə Baxış: 0
Oyunlara görə on minlərlə insanın evini yıxan hökumət

Türkmənistan paytaxtının 2017-ci il Şərq Oyunlarına hazırlıq olaraq “gözəlləşdirilməsi” naminə elə bu paytaxtın 50 min sakini zor gücünə evlərindən didərgin salınıb.

Virtualaz.org saytı xəbər verir ki, bu fakt “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatının oktyabrın 28-də açıqlanmış hesabatına daxil edilmiş peyk fotoşəkillərindən bəlli olub.

“Amnesty İnternational” təşkilatının peyk fotolarının təhlilinə əsasən 2014-cü ilin martından 2015-ci ilin aprelinədək Aşqabad yaxınlığındakı Çoqanlı qəsəbəsində 5 minədək ev sökülüb. Təşkilat bildirir ki, hər evdə orta hesabla 5 nəfərin yaşadığı təxmin edilir.

“Amnesty İnternational” bunu da aşkar edib ki, ötən sentyabradək bütün bu ərazidə ümumilikdə 10 min ev yerlə-yeksan edilib və ailələri evsiz qoyan söküntülər başqa ərazilərdə də bu günədək davam etdirlir.

Hesabatda deyilir ki, bu ilin aprelində “Amnesty İnternational” Çoqanlı qəsəbəsində evlərin kütləvi şəkildə söküldüyü və sakinlərin zorla evlərindən qovulduğu haqda məlumatlar alıb. Aşqabaddan 8 kilometr məsafədə yerləşən bu qəsəbədə bəzi bağ evləri yerləşsə də oradakı evlərin əksəriyyəti sakinlərin yeganə yaşayış yerləri idi.

Oyunlara görə on minlərlə insanın evini yıxan hökumət

Hakimiyyət bu evlərin qanunsuz tikildiyini bildirərək onların sahiblərinə heç bir kompensasiya verilməyəcəyini, mənzillə təmin olunmayacaqlarını bildirib. Təşkilatın araşdırmaları göstərib ki, sakinlərə evlərini tərk etmək üçün cəmi bir neçə gün vaxt verilib.

Qəsəbənin sökülməsi 2014-cü il, martın 10-da Türkmənistan hökumətinin Çoqanlını Aşqabadın inzibati sərhədlərinə daxil etmək barədə qərarından sonra başlayıb. Mart ayında artıq qəsəbənin qazı, işığı və suyu kəsilmişdi. Sakinlərə evlərinin söküləcəyinə dair xəbərdarlıq vərəqələri paylanıb. Çox keçmədən buldozerlər qəsəbəyə hücum çəkib. Evlərini tərk etməyə məcbur olan sakinlərin bir qismi Aşqabaddakı və digər şəhərlərdəki qohumlarının yanında müvəqqəti məskunlaşa biliblər. Getməyə yeri olmayanlar isə uzun müddət dağıdılmış evlərinin xarabalıqları arasında yaşamalı olublar.

Hesabatda deyilir ki, Çoqanlı qəsəbəsinin sakinlərindən cəmi bir nəfərinin sökülən mülkünə görə münasib kompensasiya aldığı təsdiqlənib.

Təşkilatının hesabatında prezident Qurbanqulu Berdımuhammedovun səltənəti “ən qalın pərdəyə bürünmüş ölkə” adlandırılır. Bildirilir ki, bu ölkədə əhali qorxu içində yaşayır və bu vəziyyətin əleyhinə səsini ucatltmağa cəsarət etmiş azlıq özünü də, yaxınlarını da böyük riskə atmış olur.

“Amnesty İnternational” və başqa beynəlxalq insan haqları təşkilatlarının bu ölkəyə səfərləri qadağandır. Lakin göründüyü kimi, kosmosdan çəkilən şəkillər və bunlara əlavə olaraq aparılmış müsahibələr, başqa məxfi mənbələrdən alınmış məlumatlar əsasında baş verən dəhşətli hadisələri aşkara çıxarmaq mümkün olub.

Keçmiş Çoqanlı sakinləri onların evlərini xaraba qoyan hökumət buldozerlərinin törətdiyini “tank hücumuna” bənzədiblər. İndi insanlar ora ağlamağa gedirlər.

Hesabatda deyilir ki, prezident Berdımuhammedov oyunlardan əvvəl Aşqabadın modernləşdirilməsi layihələrinin icrasına şəxsən nəzarət və rəhbərlik edir. Bu da vurğulanır ki, sözügedən idman tədbiri Asiya Olimpiya Komitəsinin bayrağı altında keçiriləcək.

“Amnesty İnternational” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə proqramının direktor müavini Denis Krivoşeyev bildirir ki, Türkmənistan hökuməti oyunlardan ölkənin dəhşətli insan haqları vəziyyətini düzəltmək üçün istifadə etməkdənsə, insanların həyatını daha məşəqqətli edib.

Oyunlara görə on minlərlə insanın evini yıxan hökumət

Təşkilat adamların yaşayış yerlərin qəddarlıqla dağıdılmasının dayandırılmasını və insanlara dərhal və qeyd-şərtsiz kompensasiya ödənməsini tələb edib.

Hesabatda deyilir ki, neft və qazla zəngin ölkənin prezidenti və onun rejimi Oyunlardan öz ölkəsinin beynəlxalq mövqeyini gücləndirmək üçün istifadə etməyə çalışır.

“Amnesty İnternational” xarici hökumətlərə xəbərdarlıq edir ki, bu ölkə ilə nə iqtisadi, nə də siyasi əməkdaşlıq Türkmənistanda insan haqlarının yaxşılaşdırılmasına xidmət etmir.

“Kədərlidir ki, təhdidlər və repressiyalar Türkmənistanda gündəlik həyat faktıdır” -Denis Krivoşeyev deyib.

Hesabatda deyilir ki, Türkmənistan hakimiyyəti ölkə vətəndaşlarının həyatının bütün aspektlərinə ciddi nəzarət edir. Minlərlə insan qara siyahıyılara salınıb və onların ölkəni tərk etmələri qadağan olunub. Bu ölkədə internetə giriş son dərəcə məhdudlaşdırılıb, evlərin damlarında gizli qurulmuş peyk antennaları sökülür.Belə bir şəraitdə səsini ucaltmğa çalışan tək-tük insanlara divan tutulur.

Kədərlidir ki, təhdidlər və repressiyalar Türkmənistanda gündəlik həyat faktıdır. Məsələn ölkədə korrupsiya və işgəncələr kimi neqativ halları faş edən Mansur Mingelov “pornoqrafik materialların hazırlanması və yayılması” ittihamı ilə 22 il müddətinə azadlıqdan məhrum edilib. Saparmamed Nepeskuliev isə 2015-ci ilin iyulundan yoxa çıxıb.

Hesabatda bildirilir ki, qara sirr pərdəsinə bürünmüş Türkmənistandan xaricdə hər hansı bir informasiyanı əldə etmək olduqca çətindir, çünki Berdımuhammedov hökuməti insanları hətta mühacirət və sürgündə də dinc buraxmır.

Qeyd olunur ki, hesabata daxil edilmiş məlumatların bir qismi “Azadlıq” radiosunun türkmən xidmətindən əldə olunub. Bu sənədə daxil edilmiş peyk fotolarının isə kommersiya provayderi “DigitalGlobe” qrupundan alındığı bildirilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Amnesty International İranda etiraz aksiyaları zamanı azı 208 nəfərin öldürüldüyünü bildirir

    Amnesty International İranda etiraz aksiyaları ...

    3-12-2019, 11:53

  • 
  • Amnesty İnternational: Seçkilər repressiyalar fonunda keçir

    Amnesty İnternational: Seçkilər repressiyalar ...

    8-10-2013, 22:07

  • 
  • Amnesty International: İranda noyabr etirazlarının dağıdıldığı zaman azı 23 uşaq öldürülüb

    Amnesty International: İranda noyabr ...

    5-03-2020, 11:30

  • 
  • Amnesty International-ın Türkiyə bölümünün rəhbəri azad edilib

    Amnesty International-ın Türkiyə bölümünün ...

    16-08-2018, 11:57

  • 
  • "Amnesty İnternational": "İrandakı etirazlarda 200-dən çox adam öldürülüb..."

    "Amnesty İnternational": "İrandakı ...

    20-11-2019, 12:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu