GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » MAHMUDOVUN VƏ GENERALLARIN VƏHABİLƏRLƏ İŞBİRLİYİ – Dubaydakı biznesləri…

MAHMUDOVUN VƏ GENERALLARIN VƏHABİLƏRLƏ İŞBİRLİYİ – Dubaydakı biznesləri…

Tarix: 29-10-2015, 16:33 Bölmə :Ölkə Baxış: 0
MAHMUDOVUN VƏ GENERALLARIN VƏHABİLƏRLƏ İŞBİRLİYİ – Dubaydakı biznesləri…

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra MTN-də başlanan istintaq hər keçən gün eks-nazirin qruplaşmasının yeni-yeni əməllərini üzə çıxarır. Bu məlumatlardan bəziləri mətbuata da sızdırılır. Ancaq bir çox məlumatlar hələ də ictimailəşdirilmir.
Əlimizə çatan bu cür bilgilərdən birini təhlil edərkən ortaya yeni nüanslar çıxdı. Bu “əməllər” sırasında sahibkarların talanmasından tutmuş, xarici xüsusi xidmət orqanlarına məlumat ötürmə, “vəhhabi məsələsi”ndən, “brilyant mafiozluğunadək” fərqli işlər var.
Rəsmi məlumatlarda MTN-in bir sıra generallarının işdən qovulması və 10-dan artıq yüksək rütbəli əməkdaşının saxlanması ilə bağlı faktların səsləndirilməsi qeyd olunan iddiaları daha da gücləndirir. Lakin bütün bu məlumatlarda qırmızı xətt olaraq keçmiş nazir və onun cinayətkar dəstəsinin harınlaması, şəxsi varlanma və ambisiyalarını hər şeydən – ən əsası, dövlət mənafeyi və dövlətin təhlükəsizlik maraqlarından üstün tutması aşkar şəkildə sezilməkdədir.

MAHMUDOVUN VƏ GENERALLARIN VƏHABİLƏRLƏ İŞBİRLİYİ – Dubaydakı biznesləri…

Məlum olur ki, MTN məmurları dövlətin təhlükəsizliyi üçün riskli hesab olunan məqamları belə nəzərə almadan hər fürsətdə rüşvətxorluq, haqq toplama, pul xatirinə cinayət əməllərinə qol qoyublar. Hüquq-mühafizə orqanlarına yaxın olan mənbələrdən əldə etdiyimiz məlumata görə, bu istiqamətlərdən biri də MTN-in dünyanın diqqət mərkəzində olan və beynəlxalq təhlükəsizliyin bir nömrəli probleminə çevrilmiş dini ekstremizm və onun Azərbaycanda yuva salmış “radikal vəhhabi” qanadına illər ərzində “krışalıq” etməsi faktlarını araşdırmaqdadır.
Mənbə bildirir ki, son illər “vəhhabi” məsələsi, demək olar ki, bütövlükdə MTN-in monopoliyasına keçib. Əməliyyat sirri və əməliyyat zərurətini bəhanə gətirən bu qurumun rəsmiləri, vəhhabilərlə bağlı nə varsa – onların bizneslərindən tutmuş məişət cinayətlərinədək, təbliğat mexanizmləri, saytlarından tutmuş daxili “razborkalar”ınadək – bütün məsələlərdən digər strukturları (DİN, Gömrük, Vergilər, hətta DQİK və QMİ) uzaqlaşdırıb.
Ancaq məlum olur ki, “əməliyyat zərurəti” əslində MTN rəsmilərinin gəlirli sahəyə təkbaşına nəzarət etmək məqsədinə xidmət edib. Nəticə isə göz onündədir: son illər əsasən maddi şirnikləndirmə üslubu ilə yayılan bu təriqət Azərbaycanın bütün bölgələrində vüsət alıb, on minlərlə tərəfdar toplayıb və ən mütəşəkkil dini qruplaşma mövqeyinə sahib olub.
Mənbənin bildirdiyinə görə, bunun arxasında MTN-in vəhhabilərlə mübarizə aparmaq əvəzinə, onlara daha çox “qızıl yumurta gətirən” toyuq kimi baxması durur. Vəhhabi-sələfi qrupundan bəhrələnmə aşağıdakı üslublarla aparılıb:

MAHMUDOVUN VƏ GENERALLARIN VƏHABİLƏRLƏ İŞBİRLİYİ – Dubaydakı biznesləri…

1. Onların Yaxın Şərqdəki sponsorlarından gələn ianə və yardımlardan birbaşa “haqq” almaqla.
2. Xaricdən gələn maliyyə dəstəyi hesabına vəhhabilərin qurduğu geniş biznes şəbəkəsinə şərik olmaq və ya aylıq almaqla.
3. Vəhhabilərə yardım edən iş adamlarını və onlarla qohumluq əlaqəsi olan dövlət məmurlarını şantaj edərək rüşvət almaqla.
Dini radikalizmin yayılması üçün bütün dünyada astronomik məbləğ ayrılır. Bu maliyyənin bir hissəsi də Azərbaycan üçün nəzərdə tutulub. Birinci üslubun realizə edilməsi üçün Eldar Mahmudov qruplaşması ölkəyə daxil olan və çıxarılan maliyyə axını üzərində MTN-in monitorinq funksiyasından məharətlə istifadə edərək vəhhabilərə göndərilən hər dollardan öz payını alıb. Mənbənin dediyinə görə, bu işə bilavasitə MTN Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin istintaq tərəfindən saxlanılmış rəis müavini Füzuli Əliyev və ona havadarlıq edən rəisi Sübahir Qurbanov cavabdehlik daşıyıblar.
Təsadüfi deyil ki, bu kanal MTN-in nəzarətinə alınandan sonra vəhhabilərə maliyyə köçürməsi sahəsində hər hansı əməliyyat keçirilməyib, aşkarlanan faktlar ictimaiyyətə təqdim olunmayıb. İkinci üslubu gerçəkləşdirməklə MTN rəhbərləri, sadəcə, vəhhabilərin tikinti materialları və pərakəndə ticarət şəbəkəsindən aylıq xəracın alınması ilə kifayətlənməyib, onlara gostərilən “krışalıq” müqabilində hətta Dubay və digər körfəz ölkələrində vəhhabi simpatizanı olan böyük iş adamları ilə ortaq bizneslər qurublar. O da təsadüfi deyil ki, Eldar Mahmudovun qudasının Beynəlxalq Bankdan oğurladığı külli miqadarda vəsaitin bir qismi məhz Dubaydakı layihələrə yatırım adı altında talan edilib.
Nəhayət, bəllidir ki, bir sıra yüksək rütbəli dövlət məmurları və iş adamlarının yaxın qohumları, xüsusilə gənclər vəhhabilər tərəfindən tovlanaraq ekstremist cərəyana cəlb ediliblər. Bu faktordan istifadə edən MTN əməliyyat məlumatlarını radikal təbliğatın kökünün kəsilməsinə deyil, əldə etdiyi məlumatlarla həmin gənclərin qohumlarını şantaj etmək, maddi və siyasi dividentlər əldə etməyə yönəldib. Belə ki, bu şantaj əməliyyatları müqabilində qohumlarının adları sələfiliklə bağlı çəkilən yüksək rütbəli məmurlardan birindən tikinti sahəsində, digərindən gömrük sahəsində imtiyazların əldə etdiyi məlumdur.

MAHMUDOVUN VƏ GENERALLARIN VƏHABİLƏRLƏ İŞBİRLİYİ – Dubaydakı biznesləri…

Bundan başqa, sələfi liderləri arasında informator şəbəkəsi yaratmış və hazırda üzvləri istintaqa cəlb edilmiş qruplaşma hansi yerli iş adamlarının sələfilərə ianə etdiklərini dərhal bilib, həmin iş adamını cağıraraq onu “İŞİD-ə” yardım etməklə hədələyərək “qırxılma” əməliyyatları keçirib.
Ən paradoksal hal odur ki, terrorla mübarizəyə bilavasitə cavabdeh olan “çekistlər” şantaj elədikləri biznesmenlərə öz ağızları ilə dünyada ən agır cinayətlərdən biri olan “terrorculuğun maliyyələsdirilməsi” ittihamı irəli sürərək, özləri də onu ört-basdır etməyi təklif edirmişlər. Mənbənin dediyinə görə, bu işə bilavasitə hazirda istintaq tərəfindən məsuliyyətə cəlb edilmiş MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyev rəhbərlik edib, həmin idarənin işdən çıxarılmış məsul əməkdaşı isə əsas icraçı rolunu oynayıb.
Təbii ki, bütün bu əməllərə sanksiya birbaşa MTN-in şefindən gəlib və vəhhabilərdən toplanan xərac haqda da birbaşa ona “hesabat” verilib. Yeri gəlmişkən, Eldar Mahmudovun işdən azad edilməsindən cəmi bir neçə gün sonra keçirilmiş antiterror əməliyyatı zamanı sələfi qruplaşmasının “kassiri” sayılan, Qamət Süleymanovun müavini Adil Rəcəbovun həbsi də bu proseslə bağlı ola bilər.
Mənbənin bildirdiyinə görə, “vəhhabilərə krışalıq” etmək əməliyyatını sığortalamaq üçün MTN-dəki cinayətkar dəstə bu təhlükəyə qarşı çıxış edənləri zərərsizləşdirmək mexanizminə də malik olub. Onun sözlərinə əsasən, xüsusilə şimal bölgələrində neçə illərdi hamının pıçıltı ilə danışdığı eyni söhbət var: “Neçə dəfə polis bunları (radikal vəhhabiləri) tutmaq istəyib, dərhal Bakıdan generallar zəng edib buraxdırıblar”. Hətta bəzilərinin and içərək etdiyi iddiaya görə, buraxılarkən polisi söyüb, hədələyiblər də.

MAHMUDOVUN VƏ GENERALLARIN VƏHABİLƏRLƏ İŞBİRLİYİ – Dubaydakı biznesləri…

Eyni şəkildə Vergilər Nazirliyi vəhhabilərin biznes şəbəkəsinə qarşı yoxlamalar keçirmək vidadi_memmedovistəyəndə bu qurumun əməkdaşlarına, hətta rəhbərliyinə qarşı toplanan “kompromatlar” işə salınaraq proses səngidilib. Vergilər Nazirliyində bu sahəyə Eldar Mahmudovun adamı, “MTN işi”lə baglı həbs edilmiş, nazirliyin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov məsuliyyət daşıyırdı. Eyni zamanda vəhhabiliyin Azərbaycanda sürətlə yayılmasına qarşı səs ucaldan ənənəvi dini cərəyanların aparıcı simaları müxtəlif təzyiq, hədə, həbslərlə susdurulmağa çalışılıb. Dindar cameədə heç bir siyasi fəaliyyəti olmayan, sadəcə, xütbələrində vəhhabiliyi ifşa edən Şeyx Cavid Məmmədovun 2012-ci ilin oktyabrında gözlənilməz həbsinin məhz vəhhabilərin sifarişi ilə gerçəkləşdiyini hələ o zaman iddia edirdilər.
MTN-in bəzi əməkdaşlarının vəhhabi qruplarla “iş birliyi” o həddə çatıb ki, bir sıra hallarda maraq müdafiəçisi kimi çıxış ediblər. Məsələn, MTN əməkdaşlarının etiraf etdiyinə görə, bir neçə il əvvəl Həcc ziyarətindən qayıdan zəvvar avtobuslarından birində bir neçə yeşikdə Azərbaycanda qadağan olunmuş kitablar gətirilib.

MAHMUDOVUN VƏ GENERALLARIN VƏHABİLƏRLƏ İŞBİRLİYİ – Dubaydakı biznesləri…

Əvvəlcə kitablar gömrük əməkdaşları tərəfindən müsadirə olunub və bu barədə MTN-ə məlumat verilib. mtnAncaq bir neçə gündən sonra gömrükçülər bildirib ki, həmin kitabları Həcc qrupunda gedən MTN əməliyyatçısı alıb aparıb.
Nəhayət, indi üzə çıxan məlumatlara əsasən “bu işlərdə” MTN-lə işbirliyində olan “reket” saytlardan da geniş istifadə olunub. Mənbənin dediyinə görə, vəhhabilərin müdafiə edilməsində bir neçə sayt xüsusi canfəşanlıq edib ki, həmin saytlarda vəhhabi ideologiyasının təsiri altında olan şəxslər çalışır. Həmin saytlar MTN-in ləkələmə üzrə apardığı bütün kampaniyalarda canla-başla iştirak edib. Bu saytlar və troll-qruplar internet mediası və sosial şəbəkələrdə müxtəlif şəxslər və qruplar barəsində düşünülmüş kampaniya aparıblar.
Mənbənin dediyinə görə, istintaqın araşdırmasında olan bütün bu faktlar əsasında belə bir təsəvvür yaranır ki, uzun illər ərində başda Eldar Mahmudov olmaqla, MTN-dəki cinayətkar qruplaşmanın fəaliyyəti nəticəsində ölkədə sabitliyi poza biləcək bir cərəyanın möhkəmlənməsinə şərait yaradılmaqla milli təhlükəsizliyə ağır zərbələr vurulub. Bu cərəyandan hansı siyasi və strateji məqsədlər üçün istifadə olunması planları isə istintaq tərəfindən tam aşkarlanmasını gözləyən məsələdir. (musavat.com)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15

  • 
  • Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadılıb, ona qarşı yeni ittihamlar irəli sürülüb

    Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti ...

    27-09-2018, 12:00

  • 
  • Eldar Mahmudovun "Dəmir" adamı tutuldu - "MTN işi"ndə yeni detal

    Eldar Mahmudovun "Dəmir" adamı tutuldu ...

    5-11-2015, 13:06

  • 
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18

  • 
  • Tanınmış hüquq müdafiəçisinin də adı MTN olayında

    Tanınmış hüquq müdafiəçisinin də adı MTN olayında ...

    26-10-2015, 12:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu