"MTN işi” lə bağlı bir neçə gün ğncə həbs olunmuş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov barədə “AZƏRFAKS”a diqqətçəkən məlumat daxil olub.
Sözügedən nazirlikdəki mənbənin verdiyi məlumata görə, V.Zeynalov Azərbaycanın ən zəngin adamlarından biridir. Onun “topdağıtmaz” varidata malik olduğunu deyən mənbə, sabiq aparat rəhbərinin qısa müddət ərzində nəinki Bakıda, Azərbaycanın bir çox rayonlarında müxtəlif obyektlərə sahibləndiyini bildirib. Mənbə V.Zeynalova məxsus obyektlərin bir hisssəsinin siyahısını da “AZƏRFAKS”a təqdim edib. Siyahıdan görünür ki, V.Zeynalov tutduğu vəzifəyə görə “ikincilər”dən olsa da, özünün biznes şəbəkəsini hər səlahiyyət sahibinin bacara bilməyəcəyi dərəcədə inkişaf etdirə bilib.
Beləliklə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışmış V.Zeynalova məxsus obyektlərin bir hissəsinin siyahısı:
1. Şamaxıda(Pirqulu – Kirovkaya çatmamış) Yanacaqdoldurma məntəqəsi; 2. Zirədə 10 hektar ərazidə qurulmuş istixana; 3. Goranboyda 6 hektar ərazini əhatə edən “Gülüstan” İstirahət Mərkəzi; 4. Şamaxıda (Çuxuryurd) 5 hektar ərazini əhatə edən ailəvi istirahət kompleksi; 5. Bakıda Xətai Metrostansiyası yaxınlığında üçmərtəbəli ofis binası; 6. Bakıda 10 villası: 7. Kürdəmirdə (Bakı-Qazax yolunun 220 kilometrliyində) böyük restoran kompleksi (İcra başçısının obyekti kimi tanınır. Kürdəmirin icra başçısı Vidadi Zeynalovun yeznəsidir); 8. Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin balansında olmuş onlarla özəlləşdirilmiş obyekt.
Qeyd edək ki, nazirliyə məxsus olmuş və Vidadi Zeynalov tərəfindən özəlləşdirilmiş obyektlərin siyahısını ayrıca təqdim etməyə çalışacağıq. Sabiq aparat rəhbərininin varidatına daxil olan digər obyektlərlə bağlı araşdırmamızı davam etdiririk.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?