Bir neçə gün öncə vəzifəsindən azad edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı heykəli sökülüb.
Avropa.info xəbər verir ki, bu haqda Naxçıvanda yaşayan jurnalist Həkimeldostu Mehdiyev facebook-da yazıb. Onun dediyinə görə, Eldar Mahmudovun atasının adını daşıyan türk litseyinin önündəki abidə sökülüb.
"Bu gün Şərur rayonunda Eldar Mahmudovun atasının adına olan Türk lisseyinin qarşısındakı heykəlinin bogazına ip atıb götürdülər.Əməliyyata Naxçıvan MR-nin tikinti naziri Asəf Məmmədov və başqa rəhbər işçilər başçılıq edirdilər."
Avropa.info abidənin sökülmədən əvvəlki fotosunu təqdim edir:
Sorğu
Yeni dizaynımız necədir?