GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "MTN işi"ndə WikiLeaks variantı - ŞOK İDDİA

"MTN işi"ndə WikiLeaks variantı - ŞOK İDDİA

Tarix: 31-10-2015, 13:49 Bölmə :Ölkə Baxış: 0
"MTN işi"ndə WikiLeaks variantı - ŞOK İDDİA

İki həftə ötdü. Düz 14 gündür, Azərbaycan cəmiyyəti bu şokun təsirindən çıxa bilmir. Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən məlum işdən çıxarmalar və həbslər gerçəkdən də şok effekti verib.

Bizim ölkə belə sensasion işdənçıxarılmalara, həbslərə o qədər də öyrəncəli deyil. Cəmiyyətimiz, əsasən, müxalifət mövqeyində olan siyasilərin, jurnalistlərin, QHT rəhbərlərinin həbsinə vərdiş edib. Siyasi nədənlərlə bəzən bir müxalifətçi ailəsindən bir neçə adam həbsxanaya göndərilib.

Bu həbsləri, təqibləri adi qarşılayır azərbaycanlılar. Amma dövlətin təpəsindəki qalmaqallı həbs və işdən alınmalar bizim insanlar üçün sıradan olay sayılmır. Baxmayaraq ki, indiyədək bu cür situasiyalarla qarşılaşıb. Amma bunların ən axırıncısının üstündə 9-10 il keçdiyi üçün bir qədər unudulub, köhnəlib.

***

2005-ci ilin martında Hacı Məmmədov olayına görə ölkə bir-birinə dəymişdi. Bu olayın şoku millətin canından çıxmamış, həmin ilin oktyabrında daha bir səs-küylü həbslər oldu. İqtisadi inkişaf naziri Fərhad Əliyevlə o zamankı səhiyyə naziri Əli İnsanov kabinetlərindəcə qandallanaraq MTN-nin təcridxanasına aparıldılar. Onlar tək deyildilər - özləri ilə bərabər xeyli qohum-əqrəbaları, dost-tanışları da türməyə salındı.

10 il öncə bu günlər də dünən hökm verib, bu gün istintaqda müstəntiqlərə ifadə verənlərin sayı günbəgün artırdı. Fəqət vəziyyət bu qədər dramatik deyildi. Ən azından ona görə ki, həbs edilənlər mülki nazirliklərin rəhbərləri idi. Ə.İnsanov da, F.Əliyev də güc strukturlarına başçılıq edən general rütbəli məmur deyildilər. Bu üzdən də onların həbsi insanlarda təəccüb doğursa da, həbslərin əhatə dairəsi genişlənmədi - başqa nazirliklərdə gecəyarı əməliyyatlar keçirilib hansısa idarə rəisləri, aparat rəhbərləri, general rütbəli məmurlar dama doldurulmadı.

Hazırkı vəziyyət isə tamam fərqlidi. Bunca həbslərə, işdən çıxarılmalara rəğmən dövlətin təbliğat maşınları - telekanallar və iqtidar mətbuatı olayı sadəcə seyr edir. Sanki, bunca sensasion həbslər uzaq Afrika qitəsinin hansısa geridəqalmış dövlətində baş verir. 2005-ci ildə isə AzTV başda olmaqla, bütün tv-lər və hökumət qəzetləri həbs edilən nazirlərin xəyanətləri haqda serial süjetlər verirdilər. "AzTV İbrahim"in Əli İnsanovun bağ evindən hazırladığı reportajlar yəqin hələ də xatirələrdən silinməyib. Fərhad Əliyevin siyasi dönüklüyü barədə yazılan məqalələr də unudulmayıb güman ki...

Bəs indi niyə ictimaiyyətə bilgi verilmir? Nədən Eldar Mahmudov və onun işdən çıxarılaraq həbs edilmiş komanda üzvləri barədə iqtidar KİV-lərində məqalələr yazılmır, süjetlər getmir?

***
Bəziləri dövlətin bu susqunluğunun səbəbini seçki ilə izah edirlər. Guya 1 noyabrda keçiriləcək parlament seçkilərindən sonra növbəti həbs dalğası olacaq. Bundan sonra da yuxarıda haqqında söhbət açdığımız media cəbhəsi işə düşəcək. Xatırladaq ki, 2005-ci ilin bu günlərində də ölkəmiz parlament seçkiləri ərəfəsində idi. Üstəlik, müxalifət o zaman daha güclü, daha mütəşəkkil və iqtidara daha çox problem yaradacaq performansda idi.
Görünür, hazırda elə bir spesifik vəziyyət yaranıb ki, hakimiyyət hazırkı taktikanı seçməklə öz içində təmizləmə işləri aparır. Yaranmış həmin spesifik vəziyyət nədir - bax, onu hələlik kimsə bilmir.

Artıq MTN-dəki həbslər digər nazirliklərə də sıçrayıb. Vergilər Nazirliyinin idarə rəisi, general Vidadi Məmmədovun həbsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN - qısa olsun deyə Rabitə Nazirliyi) də həbs olunanlar var. Bu haqda ötən sayda geniş məlumat vermişdik. Xatırladaq ki, Rabitə Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov oktyabrın 28-də həbs edilib.

Onun rəhbərlik etdiyi idarənin bir sıra funksiyaları var. Cəlil Cəfərovun rəhbərlik etdiyi idarənin beynəlxalq telefon danışıqlarını dinləmək imkanları var. C.Cəfərovun nəyə görə tutula biləcəyini təxmin etmək o qədər də çətin deyil. Məntiq deyir ki, məhz bu məmurun əli ilə Azərbaycanın dövlət rəhbərliyinin beynəlxalq telefon danışıqları, e-mail yazışmaları, internet üzərindən aparılan pul hesablaşmaları və s. dinlənilib, nəzarətə götürülüb.

Həmçinin ötən həftə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov da işdən çıxarılaraq həbs edilib. Bütün bunlar deməyə əsas verir ki, "MTN işi" sahibkarlara görə başladılmayıb. Əgər bu həqiqətən də sahibkarlara görədirsə, o zaman niyə Rabitə Nazirliyində bu həbslər baş verdi? Rabitə ilə sahibkarlıq arasında hansı əlaqə var? "Rabitəçi oğlanlar" sahibkarlara hansı maneələri yaratmaq imkanlarına sahibdirlər?

**

RN-nin həbs edilən hər iki idarə rəisinin dinləmələrdə şübhəli bilindikləri deyilir. Onların hidrooptik kabellərə nəzarət etmək imkanlarının olduğu da söylənir. Bu növ kabellərin üzərindən internet yazışmalarını və üç nömrə dövlət telefonlarını dinləmək olduqca asandır.
Rabitə Nazirliyindəki həbslərin MTN-dəki həbslərlə birbaşa əlaqəsinin olduğu şübhəsizdir. Bu iki nazirlik belə çıxır ki, əl-əl verib "dərin dövlət" yaradıblar. Amma görünür, onların yaratdığı "dərin dövlət" elə dövlətin özünə qarşı olub.

Bizdəki məlumatlara görə, Eldar Mahmudovun rəhbərlik etdiyi bu çete Azərbaycanda ciddi anti-dövlət projesi hazırlayırmış. Plana görə, ölkənin birinci şəxsi daxil olmaqla, bütün dövlət ərkanının telefon danışıqları, elektron yazışmaları total nəzarət altında olub. Həmçinin pul köçürmələri, bank hesabları da kontrolda imiş. Bu çete əlinin altında nəhəng məlumat bankı yaradıb, sonradan həmin "bank" vasitəsilə cəmiyyətə şokedici informasiyalar ötürüb ajiotaj, qarşıdurma yaradacaqmış. Məsələn, hansısa nazirin telefon danışığı, dövlətin ən təpəsindəki məmurların kimlərləsə dialoqu, e-mail yazışmaları, şəxsi bank hesabları - bütün bunlar günün birində cəmiyyətə ötürülür, aləm dəyir bir-birinə... Eynilə WikiLeaks saytında ABŞ məxfi məlumatlarının bütün dünyaya yayılması kimi...

Assancın vasitəsi ilə ABŞ-ın diplomatik korpuslarının məxfi yazışmalarının yayılmasının yaratdığı şoku hələ də keçməyib. WikiLeaks saytı üzərindən yayılan həmin məxfi məlumatlardan sonra dünyada çox ciddi dəyişikliklər, təlatümlər yaşandı. İndi təsəvvür edin, Azərbaycan iqtidarında təmsil olunan şəxslərin məxfi telefon və internet yazışmaları, pul transferləri və digər gizli əməliyyatları haqda cəmiyyətə məlumatlar sızdırılsa, nələr olar...

MTN-nin bütün bunları həyata keçirəcək kifayət qədər media resursu var. Ona görə də "MTN işi"ndə reket medianın da başının ağrıyacağı xəbərləri boşuna yayılmayıb. İnformasiya müharibəsinin dalınca başqa bir müharibənin başlamayacağına kim qarantiya verər bilər?

***

Bu arada, ötən saylardan birində E.Mahmudovun ölkədəki ictimai-siyasi proseslərə müdaxiləsi haqda epizodik də olsa yazmışdıq. Bu barədə AXP sədri Pənah Hüseyn də son müsahibəsində bəzi ipucları verib. Həmin məlumatlara görə, avqustda prezident yanında müşavirədə PA rəsmilərinin iqtidar-müxalifət təmaslarının vacibliyi, müxalifətin parlamentdə təmsil olunmasının mümkünlüyü haqda dediklərinə E.Mahmudov opponentlik edib. Bildirib ki, bu görüşlər iqtidarın mənafeyi baxımından ziyanlıdır və dərhal dayandırılmalıdır. O, fikrini əsaslandırmaq üçün həmin görüşdə iştirak edən partiya sədrlərindən birinin ölkə başçısı haqda tənqidi fikrini söyləyib. Ekspertlər iddia edir ki, MTN və onun rəhbərliyi bu yolla iqtidarla müxalifət arasındakı təmasları, ümummilli məsələlərdə uzlaşmalarını əngəlləmək məqsədi güdüb. Və bununla da ölkədə gərginliyin qalmasında maraqlı olub.

Son 14 günlük təhlil deməyə əsas verir ki, prezident İ.Əliyev böyük bir təxribatın, xain planın üstünü açaraq onun qarşısını alıb. Dövlətin Eldar Mahmudova qəzəbi, nifrəti isə göz qabağındadır. İki gün öncə sabiq nazirin akademik atasının Naxçıvandakı büstünün uçurdulması barədə məlumatlar yayıldı. Adətən bu cür davranış öz dövlətinə və liderinə xəyanət etmiş şəxslərə tətbiq edilir...

Bütün bu xain planın arxasında isə mütləq hansısa dövlət, yaxud dövlətlər dayanıb. Yoxsa bu qədər miqyaslı işi bir neçə generalın ağılının məhsulu saymaq qeyri-mümkündür. Yəqin nə zamansa bu da bəlli olacaq.

"Yeni Müsavat"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MTN-in daha bir generalı işdən çıxarıldı

    MTN-in daha bir generalı işdən çıxarıldı ...

    26-11-2015, 19:09

  • 
  • Eldar Mahmudovun "Dəmir" adamı tutuldu - "MTN işi"ndə yeni detal

    Eldar Mahmudovun "Dəmir" adamı tutuldu ...

    5-11-2015, 13:06

  • 
  • RABITƏ NAZIRI IŞDƏN ÇIXARILDI- HƏBSLƏR VAR

    RABITƏ NAZIRI IŞDƏN ÇIXARILDI- HƏBSLƏR VAR ...

    29-10-2015, 16:58

  • 
  • "MTN işi"ndə tutulanları kimlər müdafiə edir?

    "MTN işi"ndə tutulanları kimlər müdafiə ...

    31-10-2015, 13:38

  • 
  • MTN-dəki dəstənin ölümə bais olduğuna dair sensasion iddia: Eldar Mahmudov-Kərəm Həsənov ittifaqı - VİDEO

    MTN-dəki dəstənin ölümə bais olduğuna dair ...

    4-11-2015, 15:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu