GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Leyla Əliyeva: "Nə ediriksə təmənnasız, ən xoş niyyətlərlə edirik"

Leyla Əliyeva: "Nə ediriksə təmənnasız, ən xoş niyyətlərlə edirik"

Tarix: 31-10-2015, 19:40 Bölmə :Ölkə Baxış: 0
Leyla Əliyeva: "Nə ediriksə təmənnasız, ən xoş niyyətlərlə edirik"

Moskvada, Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) "RAGB: gənclərin layiqli gələcəyi naminə" mövzusunda VI Forumu keçirilir.

gundemxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun işində iştirak edir.

Foyedə RAGB-nin, IDEA (Ətraf mühitin qorunması naminə beynəlxalq dialoq) İctimai Birliyinin fəaliyyətinə həsr edilmiş fotosərgi açılıb. Heydər Əliyev Fondu öz nəşrlərini və XIX-XX əsrlərə aid milli geyimlər sərgisini təqdim edib.

Əvvəlcə RAGB-nin fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.

RAGB-nin sədri Leyla Əliyeva tədbiri giriş sözü ilə açıb. O, forum iştirakçılarını səmimi salamlayaraq deyib:

- Bu zalda dostlarımızı, RAGB-nin fəal iştirakçılarını görmək çox xoşdur. Artıq 8-ci ildir ki, bu insanlarla birgə çalışırıq, onlarla bərabər uzun və maraqlı yol keçmişik.

Regionlardan bizim tədbirə gələnləri burada görmək də çox xoşdur. Əlbəttə, bizim təşkilatımıza yenicə daxil olanları salamlamağa çox şadam. Sizə uğurlar arzulayıram və əminəm ki, qarşıda bizi çox maraqlı işlər gözləyir.

Bizim təşkilatımız Rusiyada yaranıb və fəaliyyətinin ilk günlərindən mədəniyyətlərarası dialoq və əməkdaşlıq ideyalarını həyata keçirir. RAGB Rusiyada oxuyan və işləyən azərbaycanlı gəncləri birləşdirir, onların Rusiya cəmiyyətinə inteqrasiya olunmasına və öz ölkələrini ləyaqətlə təmsil etmələrinə kömək edir.

Azərbaycan sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda, Şərq ilə Qərb arasında yerləşir. Bu fakt bizim tariximizdə, mədəniyyətimizdə öz əksini tapıb. Xalqımıza xas olan tolerantlıq ənənələrinin dərin kökləri var, bu, hər bir azərbaycanlının həyat tərzidir. Bu gün Azərbaycan beynəlxalq turnirlərin, forumların və tədbirlərin keçirilməsi üçün arenaya çevrilir. Bu ilin yayında Bakıda birinci Avropa Oyunları çox yüksək səviyyədə keçirildi. Həmin oyunlarda qazanılmış əla nəticə münasibətilə Rusiyanı ürəkdən təbrik etmək istəyirəm. Payızda Bakı şahmat üzrə dünya kubokuna ev sahibliyi etdi, 2016-cı ildə isə Şahmat Olimpiadasını qəbul edəcək. Gələn il Bakıda ilk dəfə "Formula-1" yarışları keçiriləcək. 2017-ci ildə isə 4-cü İslam Həmrəyliyi Oyunlarının keçirilməsi planlaşdırılır. Bütün bunlar dünyanın ölkəmizə bəslədiyi etimadın və hörmətin sübutudur.

Rusiya ilə Azərbaycanın həmişə səmimi dostluq münasibətləri olub. Bizim ortaq tariximiz, ortaq qələbələrimiz və uğurlarımız var. Bizim ölkələrdə müxtəlif dinlərin, müxtəlif millətlərin və xalqların nümayəndələrinə rast gəlmək olar. Onlar sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşamağı bacarırlar. Azərbaycanda böyük rus mədəniyyətinə, rus ədəbiyyatına və incəsənətinə həmişə böyük sevgi ilə yanaşıblar. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan rusdilli təhsil tam həcmdə qorunub saxlanıb, Azərbaycanın ali məktəblərində tədris həm Azərbaycan, həm də rus dilində aparılır. Bakıda Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılıb. Bu il isə İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin filialı da açılıb. Beləliklə, indi hər iki ölkənin həkimləri öz səylərini birləşdirmək və təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər.

Keçən il dekabr ayında Bakıda böyük rus şairi Mixail Yuryeviç Lermontovun yubileyi yüksək səviyyədə qeyd edilib. Onun yaradıcılığı mədəniyyətlərin qarşılıqlı nüfuzunun və qarşılıqlı zənginləşməsinin parlaq nümunəsidir. RAGB-nin fəaliyyəti də bizim münasibətlərin yaxın olmasını təsdiq edir. Bizim gənclər həmişə Rusiya ilə bizi birləşdirən ümumi cəhətləri tapmağa, qoruyub saxlamağa və artırmağa çalışır.

Bu gün Rusiya ərazisində bizim təşkilatın 70-dən çox regional bölməsi fəaliyyət göstərir və onların hər birinin fəxr etməyə haqqı var. Təşkilatımızın fəaliyyət dairəsi səhiyyə, təhsil və elm, mədəniyyət və ekologiya kimi müxtəlif istiqamətləri əhatə edir. RAGB hər il Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş xeyriyyə aksiyası keçirir. Gənclərimiz uşaq evlərinə və internatlara böyük həvəslə baş çəkir, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayramlar təşkilı edir. Bu il də "Qanın milləti yoxdur" şüarı altında pulsuz qanvermə aksiyası keçirmişik. Dünya Səhiyyə Təşkilatı ilə birlikdə döş xərçənginə qarşı mübarizə proqramı çərçivəsində qadınların pulsuz müayinəsi təşkil edilib. Faşizm üzərində Qələbənin 70 illiyi münasibəti ilə bizim fəallar Moskvada, Kurskda və Tulada Böyük Vətən müharibəsi veteranları üçün tədbirlər və görüşlər keçiriblər.

Təşkilatımız ədalətə, sülhə və həmrəyliyə inanır. Biz Qarabağ müharibəsinin ən dəhşətli səhifəsi haqqında düzgün informasiyanı dünyaya çatdırmaq üçün hər il fevral ayında "Xocalıya ədalət" adlı beynəlxalq kampaniya keçiririk.

May ayında böyük Azərbaycan cazmeni, musiqi sənətində yeni caz-muğam istiqaməti açan Vaqif Mustafazadənin 75 illiyinə həsr edilmiş caz gecəsi keçirdik.

Gənclərimiz müxtəlif idman tədbirlərində iştirak etməyi çox xoşlayır. Bu il biz Avropa Oyunlarını dəstəkləmək üçün "RAGB Universiadası" və Heydər Əliyev adına kubok uğrunda ənənəvi illik minifutbol turniri keçirdik. İntellektual sahədə "Nə? Harada? Nə vaxt?" oyunu üzrə beynəlxalq turnirdə respublikanın bütün diasporlarını təmsil edən 16 komanda iştirak edib. Azərbaycanın ŞHK komandası uğurla çıxış edir. Kaluqa vilayətində isə səyyar qış məktəbi keçirilib. Xoşagələn haldır ki, bizim fəallar Rusiyanın müxtəlif ali məktəblərində mütəmadi görüşlər, sərgilər və mədəni tədbirlər keçirir.

Sizə məlum olduğu kimi, bizim ölkələrdə və bizim təşkilatda ekologiya və ətraf mühitin qorunması məsələlərinə xüsusi yer ayrılır. Azərbaycanda IDEA xətti ilə 4 milyondan çox ağac əkilib. Çox sevindirici haldır ki, könüllülərimiz Rusiyada da ağacəkmə ilə məşğul olur, bir sıra ekoloji layihələrdə iştirak edirlər. Gələcəkdə biz Rusiyanın WWF (vəhşi təbiəti mühafizə) Fondu ilə, xüsusən Qafqaz bəbirinin, zubr və nərə balıqlarının qorunması məsələləri üzrə daha sıx əməkdaşlıq etməyi planlaşdırırıq.

Gördüyünüz kimi, təşkilatımız mövcud olduğu dövrdə böyük işlər görüb, yüksək nəticələr əldə edib, çox faydalı layihələr həyata keçirib. Lakin ən əhəmiyyətlisi budur ki, biz nə ediriksə təmənnasız, ən xoş niyyətlərlə edirik. Mən fəxr edirəm ki, bizim bu cür fəal, ağıllı və pozitiv gənclərimiz var. Təşəbbüskarlığınıza, etimadınıza və dəstəyinizə görə sizə səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Qarşıda bizi hələ uzun yol, çoxlu maraqlı layihələr və ideyalar gözləyir və mən əminəm ki, birlikdə hər bir problemin öhdəsindən gələcəyik, ölkələrimizin və xalqlarımızın naminə hələ çox işlər görəcəyik.

Sizin hamınıza təşəkkür edirəm, Sizə xoşbəxtlik, cansağlığı, uğurlar və əlbəttə, bol sevgi arzulamaq istəyirəm.

X X X

Forum işini davam etdirir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Leyla Əliyeva Çeçenistana qarşıdakı səfəri haqda

    Leyla Əliyeva Çeçenistana qarşıdakı səfəri haqda ...

    25-06-2019, 13:45

  • 
  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilən tədbirdə iştirak edib - FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ...

    5-06-2017, 15:48

  • 
  • Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib - FOTO

    Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə ...

    17-10-2015, 20:38

  • 
  • Leyla Əliyeva oğlanları ilə açılışda - fotolar

    Leyla Əliyeva oğlanları ilə açılışda - fotolar ...

    26-09-2014, 08:43

  • 
  • Leyla Əliyeva İsmayıllıda aztəminatlı ailələr üçün meyvə bağlarının salınmasında iştirak edib

    Leyla Əliyeva İsmayıllıda aztəminatlı ailələr ...

    7-04-2017, 22:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu