Sahibkarlarlıq sahəsində yoxlamalrın dayandırılması haqqında qanun noyabrın birindən yəni sabahdan qüvvəyə minir. Mütəxəssislər bununla bağlı sahibkarlara bir sıra tövsiyələr veriblər
Sahibkarların fəaliyyəti sabahdan etibarən 2 il ərzində yoxlanılmayacaq.
Amma bir sıra istisnalar var.Dərman vasitələrinin keyfiyyəti,fitosanitar və baytarlıq tələblərə uyğunluq, kredit təşkilarına nəzarət, sığorta məsələləri, obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi qaydalarına uyğunluğu yenə yoxlanılacaq.
Amma bununla belə bu cür yoxlamaları aparan qurumların nümayəndələri də sahibarlıq obyektlərini yoxladıqları zaman müəyyən qaydalara riayət etməlidir.
Digər tərəfdən sahibkarın yoxlamanın digər məqsədlər daşımadığını müəyyən etmək imkanları da var. Onlar çox asanlıqla qurumların qaynar xəttinə müraciət etməklə əməkdaşlarla bağlı və yoxlamanın təyin edilib edilməməsi ilə bağlı ətraflı məluamt ala bilərlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?