GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Çar qızının sevgisini qazanan azərbaycanlı qaçaq - erməni qənimi Dəli Alı - FAKTLARLA

Çar qızının sevgisini qazanan azərbaycanlı qaçaq - erməni qənimi Dəli Alı - FAKTLARLA

Tarix: 3-11-2015, 22:21 Bölmə :Ölkə Baxış: 0
Çar qızının sevgisini qazanan azərbaycanlı qaçaq - erməni qənimi Dəli Alı - FAKTLARLA

Azərbaycanda ciddi tədqiqata ehtiyacı olan sahələrdən biri də XIX əsrin ortaları - XX əsrin əvvəllərinə qədər Qafqazda, xüsusilə Azərbaycanda qaçaq hərəkatıdır. Məlumdur ki, ölkədə olan ədalətsizliyə, çar məmurları və onların əlaltıları olan yеrli fеodalların xalqa amansızcasına divan tutmalarına qarşı ciddi bir mübarizə hərəkatı başlanmışdı. Xalqın bir çox igid oğulları silaha sarılıb dəstələr düzəldərək dağlara çəkilmiş, “qaçaq” adı ilə milli qəhrəman kimi şöhrət qazanmışdılar. Goranboyun Qarasuçu kəndindən olan Dəli Alı da qaçaqlar içərisində ad-san qazanan igidlərdən idi. Onun uzun zaman mübarizə aparmasından sonra birdən-birə bağışlanması barədə müxtəlif fikirlər səslənir. Belə fikirlərdən biri də çar II Nikolayın qızı Olqa Nikolayevnanın Dəli Alıya xüsusi rəğbətindən (bəlkə də sevgisindən) irəli gələrək çarın onu əfv etməsidir. Rus və gürcü arxivlərindən əldə etdiyimiz sənədlərlə tarixdə uzun zaman gizli qalan bu sirrə aydınlıq gətirməyə çalışacağıq.


Alı Məhərrəm oğlu 1875-ci ildə Şəmkir rayonunun Keçili kəndində anadan olub. Ailəsi əsasən maldarlıq və qoyunçuluqla məşğul idi. Qardaşı, özü və atası kəndin ağasının qoyunlarını otarırdı. Onun qaçaq olmasına isə kəndin yüzbaşısı səbəb olur. “Tüstü pulu” vergisi toplayan strajnikin (kiçik rütbəli zabit) onların aylıq pulu vermədiyi üçün etdiyi şikayət üzrə kəndə gələn yüzbaşı Alının atası Məhərrəm kişini təhqir edir və qırmancla üzündən vurur. Sonra da uryadniklərin (kiçik rütbəli zabit) atasını döyməsinə dözə bilməyən Alı tüfənglə yüzbaşını ürəyindən vurub öldürür. Ardınca ailə Goranboy ərazisinə köçür, burda da axtarışa gələn hökumət qüvvələri danos nəticəsində sürünün başı üstündə onu yaxalayır. Atışma zamanı Alı sərrast atəşlə kəndə zülm edən Aşot adlı erməni pristavı vurub atdan salır. Lakin sonda həbs edilir və qısa müddətdən sonra həbsdən çıxır. 1898-ci ildə isə bir neçə dostu ilə dağlara çəkilir...

Onun ardınca düşən hökumətlə yanaşı, ermənilər Aşot pristavın öldürülməsini ona bağışlaya bilmirlər. Ermənilər Alının dəstəsini kölgə kimi qarabaqara izləyirlər. Lakin yerini müəyyən edib hökumətə xəbər verənə qədər qaçaq öz dəstəsi ilə oradan xeyli uzaqda olur.

1898-1913-cü illər ərzində kazaklarla dəfələrlə qanlı döyüşlərə girərək onları ağır məğlubiyyətə uğradan Dəli Alı 1905-ci il hadisələri zamanı azərbaycanlılara qarşı soyqırım törədən ermənilərə divan tutub. Dəli Alı qaçaqları ilə birgə Gəncənin ermənilər məskunlaşdırılmış Bayan, Çardaqlı, Çaykənd və digər kəndlərini basaraq qadınlara, uşaqlara, qocalara toxunmadan əli silah tutan ermənilərin hamısını güllə qabağına düzüb. Ermənilərə köməyə gələn yüzlərlə kazak atlıları da ərazidə xeyli yaralı və ölü buraxaraq qaçmağa məcbur olublar. Təkcə “Hacı Məlik” düzündə 2000-ə yaxın erməni öldürülür.

Dəli Alı çox qürurlu adam idi, igidlikdə onu kiminsə üstələməsinə imkan verməzdi. Xarakterində nakişilik yox idi deyə, yerli əhali onu çox sevirdi. O qədər qoçaq idi ki, rus və gürcü mətbuatı onun haqqında xoş sözlər yazırdı.

Gürcü jurnalist İrodion Evdoşvili “İveriya” qəzetində çap etdirdiyi “Gözlərimlə gördüyüm” başlıqlı məqaləsində Dəli Alı barəsində yazır: “Yenə bizim idarəçilərimiz barədə bir əlamətdar fakt. Gəncədə mənim gözlərim qarşısında məşhur qaçaq Dəli Alı at oynadırdı. Bu qaçağın ələ keçirilməsi üçün dəfələrlə bir neçə sotnya (yüzlük) kazak və çapar göndərmişik. İndi isə o, şəhərin ortasında onların gözü qarşısında tüfəng atırdı və tatarların önündə gedirdi. Ona heç kəs heç nə deyə bilmirdi”.

Rusiya imperiyasının sonuncu imperatoru II Nikolay Romanovun qızı Olqa Nikolayevna Dəli Alı barəsində Rusiya mətbuatında oxuyanda onunla maraqlanır. Olqa Nikolayevna özü hərb, döyüş və silah həvəskarı idi. Qoçaq adamlar barədə məlumat toplayar və onları çar ordusuna cəlb etmək üçün çalışardı. 1909-cu ilin 11 iyulunda 3-cü Yelizavetqrad Qusar İmperator alayının fəxri komandiri təyin edilən Olqa Nikolayevna vətənini sevən bir xanım idi.

O, mətbuatda oxuyur ki, Qafqazda Dəli Alı adlı qoçaq bir şəxs uzun illərdir hökumətə qarşı mübarizə aparır. Əmisindən xahiş edir ki, Alı barəsində məlumatları və fotosunu dərhal ona göndərsin. Əmisi onun sözünü yerə salmır və Dəli Alının fotosu ilə yanaşı, yerli hökumətin raport və ərizələrini çar qızına göndərir.

Onun barəsində ətraflı məlumat toplayan Olqa Nikolayevna atasından xahiş edir ki, qaçağı bağışlasın. Atasına məlumat verir ki, Dəli Alı bir soyğunçu deyil, köhnə adətlərə riayət edən, xeyirxahlığı ilə seçilən, ehtiyacı olanlara yardım göstərən və arxasızlara arxa duran bir qəhrəmandır. Bir sözlə, müasir Robin Huddur. Şahzadə onun əfv olunmasının zəruriliyini bununla əsaslandırır.

Çar II Nikolay sevimli qızının sözünü yerə sala bilmir. Yavərinə tapşırıq verir ki, Dəli Alını qonaq kimi Peterburqa dəvət etsin. Həmçinin onu adı Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilən amnistiya haqda fərmana da əlavə edilsin. Çarın əmri ilə Peterburqdan knyaz Qolitsın Gəncəyə gəlir. Gəncə qubernatorunun vasitəçiliyilə Gəncəyə yaxın bir yerdə knyazla qaçaq görüşür. Ona dəvətnaməni təqdim edən Qolitsın çar qızının hədiyyəsi olan qılıncı da verir. Knyaz qeyd edir ki, onun təhülkəsizliyinin təminatçısı knyaginya Olqa Nikolayevna özüdür.

Bu sözlərdən sonra arxayın olan Dəli Alı Peterburqa çar sülaləsinin 300 illiyi münasibətilə keçirilən məclisə gedir. Özü ilə müxtəlif hədiyyələr götürən Dəli Alı çar qızı üçün kəlağayı, xalça və gümüş qolbaq aparır...
Hündürboy, qafqazlı geyimində və belində üzərinə “Alı mərdi-mərdana, budur girdi meydana” sözləri yazılmış qızıl xəncər olan bir şəxs məclisdə çoxunun diqqətini cəlb edir.
Dəli Alı Azərbaycandan apardığı hədiyyələri saraya təqdim edir, Olqa Nikolayevnanın iştirakı ilə çar II Nikolayla görüşür. Onun oturuşu, duruşu və görkəmindən təsirlənən imperator “bir də rus kazaklarını öldürmə" deyərək ona çoxlu hədiyyə verir, yüksək hörmətlə vətənə yola salmağı yavərinə əmr edir.

Vətənə dönən Dəli Alı əfv edilməsinə baxmayaraq, ermənilərə göz açmağa imkan vermirdi və kəndlilərin hüquqlarını qoruyurdu.

Dəli Alı Kürəkçayın yaxınlığında - Hazırəhmədli kəndində arxadan vurulur. Bir neçə gündən sonra Gəncə xəstəxanasına aparılır və orada vəfat edir.
Dəli Alı İmamzadə məzarlığında dəfn olunub.
Onun 9 övladı var idi - 5 oğul, 4 qız. Oğlu Məmməd Məhərrəmov İkinci Dünya müharibəsi zamanı qəhrəmanlığına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

MƏNBƏLƏR:

“Tiffliskiy listok” qəzeti. 12 mart 1906-cı il (№ 57)
“İveriya”. 1905, 9 dekabr (№ 222)
Gürcüstan Mərkəzi Tarix Arxivi (GMTA), fond 254, siyahı 1
“Azərbaycan yurd bilgisi”, № 23, İstanbul, 1933-cü il
“Azərbaycan” jurnalı, № 7, 8, 9, 1961-ci il

Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Xüsusi olaraq Publika.az üçün

Çar qızının sevgisini qazanan azərbaycanlı qaçaq - erməni qənimi Dəli Alı - FAKTLARLA
Çar qızının sevgisini qazanan azərbaycanlı qaçaq - erməni qənimi Dəli Alı - FAKTLARLA
Çar qızının sevgisini qazanan azərbaycanlı qaçaq - erməni qənimi Dəli Alı - FAKTLARLA
Çar qızının sevgisini qazanan azərbaycanlı qaçaq - erməni qənimi Dəli Alı - FAKTLARLA
Çar qızının sevgisini qazanan azərbaycanlı qaçaq - erməni qənimi Dəli Alı - FAKTLARLA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Validənin bu fotoları kişiləri dəli elədi

    Validənin bu fotoları kişiləri dəli elədi ...

    2-09-2013, 22:32

  • 
  • CAR-da teatrın səhnəsindən tamaşaçılara atəş açılıb

    CAR-da teatrın səhnəsindən tamaşaçılara atəş ...

    28-08-2017, 14:07

  • 
  • Qaçaq yolla Çinə gətirilən 1600-dən çox lüks avtomobil müsadirə olunub

    Qaçaq yolla Çinə gətirilən 1600-dən çox lüks ...

    4-05-2018, 15:19

  • 
  • “Qaçaq Koroğluya heykəl qoymuşuq” – Deputat

    “Qaçaq Koroğluya heykəl qoymuşuq” – Deputat ...

    12-06-2018, 23:37

  • 
  • SON DƏQİQƏ: Rusiyadan Türkiyəyə ABŞ-ı "dəli" edəcək TƏKLİF

    SON DƏQİQƏ: Rusiyadan Türkiyəyə ABŞ-ı ...

    17-07-2019, 12:17


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu