Bakı şəhəri Nizami və Suraxanı rayonlarında, həmçinin Mingəşevir, Ağstafa və Quba rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə noyabrın 4-dən saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun 8-ci km qəsəbəsində, saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Qaraçuxur və Əmircan qəsəbələrində, saat 09:00-dan 18:00-dək Mingəçevir şəhərində, saat 10:00-dan 18:00-dək Ağstafa rayonunda, saat 10:00-dan 16:00-dək isə Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?