Xezerxeber.com xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 425-2015 “Sərnişin stansiya qurğuları və avtomobilləri” dövlət standartı təsdiq edilib.
Yeni standarta əsasən, ölkədə istismar edilən taksi minik avtomobilləri nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış ili 15 ildən artıq olmayan avtomobillər olmalıdır. 5 il öncəki standartda qeyd edilən - Bakı şəhərində istismar edilən taksilər sırf taksi xidməti göstərmək üçün nəzərdə tutulan sərnişin tutumu 5 nəfər olan avtomobillər olmalı, həmçinin mühərriklərinin həcmi 2500 kub sm.dən az olmamalı və AVRO 3 və ya AVRO 4 standartlarına cavab verməlidir – tələbləri də sənəddən çıxarılıb.
Avtobusların və taksi minik avtomobillərinin iç tərtibatı da standartda qeyd olunub. Belə ki, avtobusların içində avtonəqliyyat vasitəsinin və daşıyıcının adı, sürücünün adı, atasının adı və soyadı, tibb qutusunun yeri, şəhərin marşrut şəbəkəsinin sxemi və s. məlumatlar olmalıdır. Taksi-minik avtomobilində isə sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilləri taksometr aparatı ilə təchiz olunmalıdır.
Yeni standarta əsasən GPS monitorinq mərkəzinin GPS aparatının quraşdırılması məcburi deyil. Standart Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün təqdim edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?