Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, səhər zəif duman olacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 6-10°, gündüz 14-17° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər dağlarda duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 6-10° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.
Sorğu
Yeni dizaynımız necədir?