Yasamal rayonunda yerləşən 167 saylı məktəbin direktoru Vaqif Quliyev rüşvət almaqda iddiham olunur.
gundemxeber.az-ın məlumatına görə, "Facebook" sosial şəbəkəsində Elina Əliyeva adlı xanım belə bir şikayət yazıb. Xanım bildirib ki, ondan övladını 167 nömrəli məktəbə qəbul etmək üçün direktor Vaqif Quliyev tərəfindən 1000 AZN pul tələb olunub. Səbəb olaraq isə göstərilib ki, uşaq xarici ölkə vətəndaşıdır. Razılıqdan sonra xanım direktora 800 AZN məbləğində "hörmət" etməli olub.
Lakin hər şey bununla bitməyib. Elina Əliyevanın sözlərinə görə, ondan davamlı olaraq pul tələb olunur. Elina Əliyeva lazımi orqanların bu məsələyə nəzarət etmələrini xahiş edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?