Tiflisdə rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin təkbətək görüşü olub.
gundemxeber.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, Azərbaycan prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin geniş tərkibdə görüşü olub.
Görüşdə iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparılıb
Geniş tərkibdə görüş başa çatdıqdan sonra prezident İlham Əliyev və prezident Giorgi Marqvelaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında Birgə Bəyannamə imzalayıblar.
Bundan əlavə prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
* * *15:33
Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri başlayıb.
Tiflisdəki Şota Rustaveli adına aeroportda Azərbaycan prezidentini Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi İrine İmereşvili və Prezident Aparatının rəhbəri David Pataraya qarşılayıblar.
Sonra prezident Heydər Əliyevin Tiflisdə ucaldılmış abidəsini ziyarət edib, önünə əklil qoyub. Bunun ardınca isə dövlət başçısı Tiflisin Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Gürcüstan prezidentlərinin ikitərəfli, eləcə də geniş formatda görüşləri olacaq. Görüşlərdən sonra siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil, elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə bəyannamə imzalanması nəzərdə tutulur.
Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatla da çıxış edəcəklər.
Bununla yanaşı, prezidentin rəsmi səfəri çərçivəsində Gürcüstanın baş naziri, Gürcüstan parlamentinin sədri və bütün Gürcüstanın Patriaxı II İlya ilə görüşləri nəzərdə tutulub.
Rəsmi səfər çərçivəsində İlham Əliyev Marneulidə yaşayan azərbaycanlılarla da görüşlər keçirəcək. Səfər noyabrın 6-da başa çatacaq.
Sorğu
Yeni dizaynımız necədir?