GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sabiq nazirlə Beytulla Hüseynovun 2,5 milyonluq “torba” əməliyyatı – şok təfərrüat

Sabiq nazirlə Beytulla Hüseynovun 2,5 milyonluq “torba” əməliyyatı – şok təfərrüat

Tarix: 6-11-2015, 17:09 Bölmə :Ölkə Baxış: 0
Sabiq nazirlə Beytulla Hüseynovun 2,5 milyonluq “torba” əməliyyatı – şok təfərrüat


Nazir Eldar Mahmudovun əmrinin verilməsi ilə qohumu “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru da işindən atıldı; ölkənin rabitəni sektorunu 10 ildir talayan direktorun müdhiş cinayətləri ifşa edilib

İki rabitə “kral”ının dövlət puluna aldığı villaların, maşın və əmlakların tam siyahısı – “Gündəm- xəbər”də…

Ölkənin siyasi gündəmini silkələyən Milli Təhlükəsizlik Nazirliyindəki həbslər və nazir Eldar Mahmudovun istefaya göndərilməsi bir sıra qaranlıqlara işıq saldı.

“Gündəm-xəbər”ə verilən məlumata görə, MTN-nin 7 zabitinin həbsi ilə bərabər nazirə yaxın şəxslərin də məlum cinayətlərdə iştirakının olduğu üzə çıxdı.

Azərbaycanın dövlətçilik və ölkə rəhbərliyinin iqtisadi siyasətinə zərbə vuran yüksək rütbəli bu məmurların ifşası prezidentin növbəti dəfə qanunsuzluğa yol verən vəzifəlilərə sərt şəkildə cavabı oldu.

Bu kuryoz və sensasiya doğuran hadisələrin içərisində isə MTN rəhbərliyinə yaxın və onun çevrəsində dövlətə qarşı cinayətlərə yol verən məmurların əməlləri rəsmi şəkildə isbat olundu.

Xüsusilə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun işdən azad olunması mətbuatın uzun müddətdir yazdıqlarının təsdiqi idi.

İki məmurun birlik davası

“Gündəm-xəbər”-in əldə etdiyi məlumatda iddia olunur ki, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov və “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov arasında kəskin mübarizə gedirdi.

“Aztelekom”la BTRİB-in birləşməsi ideyası ortaya çıxandan sonra tərəflərin savaşı daha da şiddətləndi. Hər iki şəxs birləşəcək vahid quruma rəhbərlik etmək niyyətində idilər və bütün imkanlarını səfərbər etmişdilər.

Amma reallıq ondan ibarət idi ki, M.Məmmədovla B.Hüseynov hakimiyyətdəki iki ayrı qrupların maraqlarına xidmət edirdilər.

Əslində, 2004-cü ildə M.Məmmədov BTRİB-in baş direktoru vəzifəsindən işdən azad olaraq Aztelekom İB-nə baş direktor vəzifəsinə təyin edilmişdi. Həmin anda BTRİB-ə isə Gəncə Telekomunikasiya Qovşağından “transfer” olunaraq Nəriman Salmanovun Rabitə Nazirliyinə 500 min dollar rüşvət verərək baş direktor vəzifəsinə təyin edildiyi iddia olunur.

Salmanov vəzifə yerinə nə gördü?

2004-cü ildə olan 500 min dollar 2.500.000.000 köhnə manatla təşkil edirdisə, 2006-cı ildə denominasiyadan sonra 500.000 manat təşkil edir. İnflyasiyanı da nəzərə alsaq, bü gün 2 milyon 500 min manat deməkdir.

Lakin sabiq nazir Eldar Mahmudovun köməyi ilə B.Hüseynov N.Salmanovun həmin vəzifədə uzun müddət işləməyinə imkan verməyib. Nəriman Salmanovun BTRİB-in baş direktoru vəzifəsində işləməyi yalnız altı ay çəkdi.

İddialara görə, B.Hüseynovun sifarişi ilə MTN tərəfindən N.Salmanov avtomobilindən başına torba geyindirilərək MTN-nin “padvalına” aparılıb və 8 ay işsiz qalıb. 2004-cü ildə BTRİB-in baş direktoru vəzifəsinə Beytulla Hüseynov təyin olunmalı idi.

N.Salmanovun bu haqda məlumatı var idi. Hətta bu barədə nazir əmr də vermişdi. Bu üzdən B.Hüseynov N.Salmanovu vəzifəsindən uzaqlaşdıraraq qisas aldı. N.Salmanov elə hala salınıb ki, bu günə qədər də, bu barədə danışmağa belə çəkinir.

Nazirliyə çatan rüşvət boşa çıxdı

Fikir yayındırmaq məqsədi ilə B.Hüseynov həmin an BTRİB-ə baş direktor vəzifəsinə təyin olunmadı və BTRİB bir müddət (səkkiz ay) baş direktorsuz qaldı.

B.Hüseynov isə gücü hesabına BTRİB-in baş direktoru vəzifəsinə təyin edilib. Beləliklə, kəskin mübarizədə Beytulla Hüseynov qalib çıxdı. Beş ildən sonra, 2010-cu ildə isə B.Hüseynov N.Salmanovun vəzifəsini aşağı salaraq, “atdı” - Sabunçu Telefon Qovşağına.

Bundan sonra N.Salmanovu “gəlirdən” məhrum etmək məqsədi ilə B.Hüseynov və baş mühasib Anar Mustafayev bütün imkanlarından istifadə edirlər.

Bunların da mübarizəsi üzündən 2010-cu ildən bu günə qədər Sabunçu Telefon Qovşağının işçiləri yoxsulluq içində yaşayır. Qovşaqda işçilərin maddi yardım almasına belə BTRİB icazə vermir.

Mənbə bildirir ki, mübarizə heç də Salmanovla olmayıb. Güclərini bir-birinə nümayiş etmək məqsədi ilə B.Hüseynov MTN-ə, M.Məmmədov isə YAP-a bağlı olduqlarını açıq-aşkar çıxış etməkdən belə çəkinməyiblər.

Hər iki naxçıvanlı şəxsin ucbatından rabitə müəssisələrinin pulları 10 ildən çoxdur ki, mənimsənilir. Mənbə deyir ki, Beytulla Hüseynov hər kəsi MTN-lə hədələməkdən həzz alırdı.

Salmanovun nazirə qisas dəstəyi

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyaları naziri Əli Abbasov kollegiya iclasında nazirliyin tabeliyində olan iki mühüm qurumun rəhbərlərinə xəbərdarlıq etmişdi.

Nazirin Məhəmməd Məmmədovun baş direktoru olduğu "Aztelekom”la, Beytulla Hüseynovun rəhbərlik etdiyi BTRİB-in fəaliyyətində səriştəsizlik, yol verilən özbaşınalıqlar, rüşvət və korrupsiya olmasını açıq deməsi də bu gün deyilənləri sübüt edir.

Nazir açıq şəkildə “hər ikiniz korrupsiya ilə məşğulsunuz” deməklə yetmədi, onları publika önündə Baş Prokurorluq yanında Korrupsiya Qarşı Mübarizənin Baş İdarəsi ilə də hədələməyin anonsunu verdi.

Onu da demək yerinə düşər ki, Əli Abbasovu bu məlumatlarla, BTRİB-in Sabunçu Telefon Qovşağının rəisi Nəriman Salmanov məlumatlandırmışdı.

Mübarizədə qalib gəlmək və güclü olmaq məqsədi ilə həm B.Hüseynov, həm də M.Məmmədov dövlətin rabitə müəssisələrinin vəsaitlərini mənimsəyərək varlanırlar.

Həmin pullara biri klinika açır, evlər və istirahət bazası tikdirir, müxtəlif obyektlər alır, o birisi isə 12 mln dollar dəyərində Bodrumda otel və 200 min manatlıq avtomaşınlar alır, Şadlıq Sarayı və villalar tikdirir.

Demək olar ki, bu məmurlar dövlətin pulu ilə dəbdəbəli həyat yaşayaraq keyf edirlər. Bunlar üçün pul artıq “zibilə” çevirilib. Baxın, müəssisənin pulları hara xərclənir?

Adları çəkilən məmurlar varlanır, rabitə müəssisələri rüşvət və korrupsiya içində batır, abonentlər aldanaraq “soyulur”, rabitəçilər o, cümlədən qovşaq rəisləri də cinayətə sürüklənirlər.

Ucuz Çin istehsalı olan lakin şişirdilmiş bahalı qiymətlərlə sənədləşdirilmiş avadanlıqların alınması üzündən rabitə keyfiyyətsiz olur, rabitənin pulu yalnız şişirdilmiş qiymətlərlə təmir-tikinti, kabel kanalizasiya qurğularının tikintisi və malların alınması sahəsinə yönəlməklə yeyilib talandığı səbəbindən rabitəçilərin əmək haqqları artırılmır və nəticədə, hələ yalnız BTRİB-in 2000 nəfərdən çox qula çevirilmiş rabitəçilərin ailələri (qovşaq rəislərindən başqa) yoxsulluq içində yaşayırlar.

Şişirdilmiş qiymətlərlə görülmüş təmir-tikinti və sair işlərə görə qovşağın köçürülmüş vəsaitləri hesabına təmir-tikinti şirkətindən 30-40%-ı “atkat” olunaraq nəğd şəkildə baş direktora qaytarılır.

Müqavilələri imza edib pulların köçürülməsinə görə həmin pullardan qovşaq rəislərinin payına 5% ayrılır. Yerdə qalan pullar isə rabitənin “qara kassiri” kimi məşhur olan, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalova çatdırılır. O da öz növbəsində baş direktorun payına düşən vəsaiti bölüb paylaşdırır.

MTN-lə hədələmək

Bunlar az imiş, rabitədə kiçikdən böyüyə qədər hamı bilir ki, B.Hüseynov BTRİB-in baş direktoru olandan sonra, onun daha da yüksələcəyi, yəni, Nazir olmağı xofu rabitəçilərlə yanaşı, Məhəmməd Məmmədovun da qorxulu röyasına çevrilib.

Rabitəçilər əsarət altında, qorxu içində, təqqir olunmaqdan və yoxsul yaşamaqdan artıq beziblər. Üstəlik, xüsusən də B.Hüseynov iclaslarda işçiləri və fəaliyyətlərini, onların mənliyini aşağılayan özünəməxsus təhqiredici ədalı ifadələr işlədir.

Respublikanın ərazi telekommunikasiya qovşaqlarında qanunsuzluq və özbaşınalıqlar hələ də davam edir.

BTRİB-in müəssisələrindən, B.Hüseynov tərəfindən işdən sıxışdırılıb çıxarılanlar işlə təmin olmaq üçün, məcbur olub yalnız “Aztelekom” İB-ə müraciət edə bilirlər.

Əgər işdən azad olunanları digər müəssisələr işə qəbul edərsə, onda həmin müəssisələr MTN-lə hədələnirlər. Rabitə fəaliyyəti ilə bağlı bütün idarələrə, özəl

şirkətlərə, internet provayderlərə əvvəllər BTRİB sahəsində işləmiş şəxsləri işə qəbul etməyə Beytulla Hüseynov tərəfindən QADAĞA qoyulmuşdur.

İnsanları qul kimi 12-14 saat işlətdiyi az imiş, hələ acından öldürmək də istəyir. Yeni çəkiliş və addan-ada keçmə planının yerinə yetirilməsi üçün ali savadlı, 20-30 il stajı olan mühəndisləri dilənçi kimi “salıb” küçələrə ki, əhalidən yeni çəkiliş tapsınlar, hələ üstəlik də abunəçiləri aldadaraq rüsumdan əlavə də pul-“şapka” alıb gətirsinlər.

Qovşaq rəislərindən yığılan milyonlar və…

B.Hüseynov qovşağların rəislərinə qeyri rəsmi aylıq pullu “plan” (böyük qovşaqlar 10.000-on min manat) tədbiq etdiyi səbəbdən rəislər də öz növbəsində işçilərdən tələb edirlər və sonda işçilər isə abonentlərdən. Bu müəssisələrdə vətəndaşlardan müxtəlif yollarla pul qoparılır.

Yeni çəkilişə görə hələ də vətəndaşlardan 150-200 manat pul alınır. Tarif Şurasının məlum qərarına əsasən telefonların addan ada keçirilməsi ilə bağlı rüsum ləğv olunub və bu, hər bir kəsə şamil edilir.

Lakin bu qərarın onlara sərf etmədiyini görən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin “ağıllı başları” vəziyyətdən çıxış yolu tapıblar. Onlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindəki yüksək vəzifəli himayəçiləri ilə bir yerdə 27.12.2013-cü il tarixli 218 saylı daxili əmr imzalatdıraraq məsələni bu formada rəsmiləşdiriblər ki, guya Tarif Şurasının sözügedən qərarı yalnız ailə üzvlərinə şamil edilir.

Digər şəxslər üçün isə 20 manatlıq rüsum təyin edirlər. Bu qərarın həyata keçirilməsi BTRİB-in rəisi Beytulla Hüseynovla birbaşa bağlıdır.

Beytulla Hüseynov Bakı Telefon Rabitəsi İstehsalat Birliyində binanın bir hissəsini iş adamına aylıq 7.000 AZN-ə icarəyə verib. Bundan əlavə Şərifzadə küçəsində yerləşən Yasamal ATS-nin binasının arxa hissəsindəki 250 kvadratmetrlik ərazi ölkədəki tanınmış hazırlıq kurslarının birinə aylıq 5.000 AZN-ə icarəyə verilir.

Beytulla Hüseynovun biznes maraqları bununla bitmir, BTRİB-in şefi hər ay icarələrdən 100 min dollarla qeyri-qanuni pul qazanır. Lakin, bu günə qədər B.Hüseynov bu yerlərin sənədlərdə icarəyə verilmədiyini və idarəyə məxsus ləvazimatların saxlanılması üçün anbar kimi istifadə edildiyini göstərir. Maraqlıdır ki, Yasamal ATS-də icarəyə verilən əraziyə keçid qapısının üzərinə anbar yazılıb.

Vidadi Zeynalov – “qara kassa”

Heç bir müəssisədə bu cür qanunsuz işlər görülmür. “Azevtotel” kimi müəssisəni də öz rəhbərliyinə tabe edərək həmin acınacaqlı vəziyyətə salıblar. Orada da işçilərin əmək haqqları azaldırılır, savadlı işçilər sıxışdırılıb işdən çıxarılaraq B.Hüseynovun yaxınları, qohumları yəni “ağıllı başlarla” əvəz olunurlar.

Səriştəsiz, heç bir savadı olmayan B.Hüseynov BTRİB-in sahəsində olan savadlı kadrları sıxışdırıb işdən azad edərək, savadı olmayan, “ağıllı başlı” qoyumları və yaxınlarını işə qəbul etmişdir.

B.Hüseynovun bütün qohumları rabitədə çalışırlar. Bu səbəbdən işçilərin çoxusu Aztelekom İB-nə işlə təmin olunmaq üçün müraciət etmişlər.

Bundan əlavə, internet gəlirlərini mənimsəmək məqsədi ilə qovşaqların abunəçiləri B.Hüseynovun şəxsi şirkəti, Direktoru bacısı oğlu Azər İbrahimov olan “MEGA TELEKOM” şirkətinə yönəldirilir.

Nəticədə dövlət idarəsinin internet gəlirləri aşağı düşür. Ümumiyətlə, rabitə xidmətlərinin görülmə işlərinin hamısı “MEGA TELEKOM”a yönəldirilir.

BTRİB-in baş direktoru olan kimi B.Hüseynov öz “qara işlərini” həyata keçirmək məqsədi ilə, əvvəllər Nizami Telefon Qavşağında və sonralar Yasamal Telefon Qovşağında onunla birgə işləmiş baş mühasib Anar Mustafayevi 2005-ci ildə BTRİB-ə baş mühasib vəzifəsinə təyin etmişdir.

B.Hüseynovla Anar Mustafayevin birgə işləmiş qovşaqlar və BTRİB əgər araşdırılarsa bütün “qara işlər” üzə çıxmış olar.

Mənbənin məlumatına əsasən saxta kotirovka üsulu ilə, şişirdilmiş qiymətlərlə bağlanmış müqavilələrdən və digər “qara işlərdən” “atkat” olmuş nəğd pullar baş mühasib Anar Mustafayev tərəfindən yığılır, nəzarət olunur və otağındakı seyfdə saxlanılır.

Ay tamam olanda isə pullar B.Hüseynov tərəfindən Nazirliyin “qara kassiri” Vidadi Zeynalova çatdırılır və bölüşdürülür.

“Aztelekom”da yoxlamalar və yuyulan pullar

Olmuş bir misal: bir Villa tikdirmək üçün B.Hüseynova pul lazım olan zaman, xətt qurğularının tikintisi ilə bağlı qovşaqlar tərəfindən tikinti şirkətlə müqavilələr bağlanmasına göstəriş verilir, vəsait köçürülür, vəsait “yuyularaq” nəğd şəkilinə çevirilir və tam olaraq Beytulla Hüseynova çatdırılır.

Lakin təmir və ya tikinti işinin görülməsi baş vermir. Bu prosess Nazirliyin xəbəri olmadan həyata keçirilir. Nazirlik tərəfindən işin görülüb-görulməməsi heç vaxt araşdırılmır.

Yəni, ümumi “kotyoldan” yayınma baş verir. 5% qovşaq rəisinə, 70% isə B.Hüseynovun cibinə daxil olaraq villa tikilir, (1-2 villa da tikilib Eldar Mahmudova hədiyyə verilib) yerdə qalan hissəsi isə Nazirliyə yalnız tədbiq olunmuş 25% çatdırılır.

Digər bir misal: hər hansı bir şirkətlə işin görülməsi ilə bağlı müqavilə bağlanılır, iş görülür, vəsait adi qayda ilə köçürülərək bölüşdürülür.

Lakin, həmin işin adında qısa olaraq dəyişiklik etməklə digər bir şirkətlə müqavilə bağlanılır, vəsait köçürülür, “yuyulur” və yuxarıdakı qaydada bölüşdürülür. Yəni, bir iş bir dəfə görülür, lakin iki və ya üç dəfə sənədləşdirilir.

Nazirlik də yalnız pullara nəzarət edən zaman müəyyən edir ki, köçürülmüş vəsaitlərin 25% Vidadi Zeynalova çatdırılıb. Lakin Nazirliyin xəbəri yoxdur ki, görülməmiş işlər var və həmin “qara işlərin” pulu isə B.Hüseynovla Anar Mustafayevin ciblərinə daxil olub.

Qeyd olunan bütün “qara işlər” 10 ildən çoxdur ki, baş mühasib Anar Mustafayevə tapşırılıb. Heç kim tərəfindən də araşdırma aparılmır. Mənbənin məlumatına əsasən ümumiyyətlə, Nazirlikdə bu cür araşdırmalar aparma qabiliyyəti olan bir şəxs belə yoxdur.

Lakin B.Hüseynovun “sifarişi” ilə MTN tərəfindən qəflətən hücum olunaraq “Aztelekom” İB-nin maliyyə sahəsində araşdırma aparılmışdır. Sanki “Aztelekom” İB-də Milli Təhlükə yaranmışdır.

Dövlət puluna tikilən villalar, obyektlər - Siyahı

Bunlardan əlavə, qovşaq rəislərinə xidməti avtomobil alınıb verilən zaman hər qovşaq rəisindən altı min manat alınaraq Beytulla Hüseynova verilir. Hər ildə B.Hüseynovun doğum günü münasibəti ilə və ya bütün bayramlarda hər qovşaq rəisindən min manat toplanaraq B.Hüseynova çatdırılmalıdır.

Bu da təxminən 10.000 manat təşkil edir. Təsavvür edin, fikir yayındırmaq məqsədi ilə, bir neçə arvad “saxlayan” və dövlətin pullarını mənimsəyən Beytulla Hüseynov da artıq guya namaz qılır.

BTRİB sahəsində işlədiyimiz səbəbindən Sizə yalnız MTN Naziri Eldar Mahmudovun dəstəyi ilə, BTRİB-i 10 ildir ki “özəlləşdirən” iki şəxs, yəni baş direktor Beytulla Hüseynov və baş mühasib Anar Mustafayevin əmlakları haqqında dolğun məlumatı verəbiləcəyik.

Əvvəl kirayədə yaşamış baş mühasib Anar Mustafayevin qanunsuz əldə etdiyi əmlaklara nəzər salaq:

1. Bakı ş. Əhmədli qəs. 2 mərtəbəli villa, hal-hazırda yaşadığı;

2. Bakı ş. Nizami metrosunun yanı, yeni tikilidə 3 otaqlı mənzil;

3. Bakı ş. Yasamal r-n, Mətbuat pr. yeni tikilidə 2 otaqlı mənzil;

4. Bakı ş. Mərdəkan qəs. 2 mərtəbəli villa, B.Huseynovun villasının yanı;

5. Bakı ş. H.Aslanov metrosu, böyük Mebel Dükanı;

6. Bakı ş. Şəhərin mərkəzində mətbəə;

7. Bakı ş. Teymur Əiyev küç. Ticarət obyekti, Anar Mustafayevin qohumu, Nizami Telefon Qovşağının rəisi Fətulla Seyidovun evinin yanında;

8. Gədəbəy r-nu. 2 mərtəbəli villa;

9. Gədəbəy r-nu. Hektarlarla torpaq sahələri;

10. Bakı ş. Hektarlarla torpaq sahələri;

11. “TOYOTA” Land Cruser avtomaşını;

12. “Wolcvagen” markalı avtomaşını;

13. BMW X6 markalı avtomaşını;

14. 10 il ərzində komfortlu həyata xərclənmiş pullar;

15. Üstəlik evində olan nəğd pullar və s.

Baş mühasibin sayəsində görün nələr var:

Baş mühasib Anar Mustafayevin 10 il ərzində təşkil etdiyi əmək haqqına nəzər salaq: 500man (aylıq əmək haqqı) x120 ay (10 il) =60.000 man (altmış min)

Məlum olan Əmlakların dəyəri milliyonlarla ölçülür. Baş mühasibin aylıq əmək haqqısı isə 500 manat təşkil edir. Əmlaklar müxtəlif şəxslərin adlarına rəsmləşdirilir.

Məsələ ilə bağlı digər faktlar da üzə çıxdı. Baş direktor vəzifəsinə təyin olmamışdan, yəni 10 il əvvəl B.Hüseynov 8-ci km qəsəbəsində, “Kolxoz Bazarının” yanında 2 otaqlı mənzildə yaşayırmış.

İndi isə 10 il ərzində baş direktor vəzifəsində işləmiş, əvvəllər 2 otaqlı mənzildə yaşamış B.Hüseynovun əldə etdiyi əmlaklara nəzər salaq:

VİLLALAR

1. Bakı ş. M.Qaşqay küçəsi, hal-hazırda yaşadığı;

2. Bakı ş. 8-ci km qəs. Laçın TM-nin arxası;

3. Bakı ş. Q.Qarayev, Ağ ciyər Xəstəxanasının arxası;

4. Bakı ş. Q.Qarayev, “Ayla” Şadlıq sarayının yanı;

5. Bakı ş. Babək pr. 10 “Yapı İnşaat” MTK, köynə Ramstorun yanı. 3 otaqlı mənzil və bir ədəd “Mersedes” markalı avtomaşın 2-ci arvadı Flora xanıma hədiyyə;

6. Bakı ş. Badamdar qəsəbəsi;

7. Bakı ş. Binəqədi qəsəbəsi;

8. Bakı ş. Mərdəkan qəsəbəsi;

9. Bakı ş. Novxanı qəsəbəsi;

10. Xaçmaz şəhəri;

11. Şamaxı şəhəri- Pirqulu;

12. Xızı şəhəri;

OBYEKTLƏR

13. “Şam Bağı” Şadlıq Sarayı, 8-ci km. Çobanzadə küç. Evladı Hüseynli Gunay Beytulla qızının adına;

14. “ARABAÇI” Avtomobil Servis Mərkizi, 8-ci km. Çobanzadə küçəsi, “Texas” kafesinin yanı;

16. “MEQA-TELEKOM”. Direktor bacısı oğlu Azər İbrahimov

17. OTEL, Almaniya;

18. OTEL, Turkiyə-Bodrum şəhəri (on iki mln dollara alınıb);

19. İki yüz min manat dəyərindən çox olan bir neçə avtomaşınlar;

20. 10 il ərzində komfortlu həyata görə xərclənmiş pullar;

21. Üstəlik xarici banklarda və evində olan nəğd pullar və s.

Baş direktor Beytulla Hüseynovun 10 il ərzində təşkil etdiyi əmək haqqına nəzər salaq:

1.000 man (aylıq əmək haqqı) x120 ay (10 il) =120.000 man (yüz iyirmi min)

Məlum olan Əmlakların dəyəri (100 000 000) yüz mln manatı aşır. Baş direktorun aylıq əmək haqqısı isə min manat təşkil edir. Əmlaklar müxtəlif şəxslərin adlarına rəsmləşdirilib.

Sanki bu şəxslər “Əmlak Almaq” ilk Azərbaycan olimpiadasını yaratmaq istəyirlər. Ölkədə gedən mütərəqqi proseslər, hər gün artan yeni tələbatlar, korrupsioner məmurların gözlərinin doyacağı vaxtı gözləyə bilməz.

Buna görə də mövcud problemlərın həlli üçün ilk növbədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tətbiq etdiyi kadr siyasətində müəyyən zəruri dəyişikliklərə ehtiyac duyulduğunu demək olar.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu

    Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu ...

    26-10-2015, 12:54

  • 
  • Eldar Mahmudovun daha bir vəzifəli qohumu hədəfdə - YOXLAMALAR BAŞLADI

    Eldar Mahmudovun daha bir vəzifəli qohumu hədəfdə ...

    20-10-2015, 19:34

  • 
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15

  • 
  • Mahmudovun ətrafı fəallaşır - HƏDƏF?

    Mahmudovun ətrafı fəallaşır - HƏDƏF? ...

    15-12-2017, 13:17

  • 
  • Eldar Mahmudov öldü?

    Eldar Mahmudov öldü? ...

    17-06-2016, 22:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu