GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlham Əliyevin fəaliyyəti qardaş Türkiyə mətbuatında

İlham Əliyevin fəaliyyəti qardaş Türkiyə mətbuatında

Tarix: 7-11-2015, 12:48 Bölmə :Ölkə Baxış: 0
İlham Əliyevin fəaliyyəti qardaş Türkiyə mətbuatında

Qardaş Türkiyə mətbuatı Azərbaycanda baş verənləri, ölkəmizlə bağlı xəbərləri hər zaman diqqət mərkəzində saxlayır. Ölkənin əksər mətbu orqanlarında Azərbaycanda həyata keçirilən islahatlar, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaşananlar əks olunur, regionda baş verən hər hansı bir önəmli hadisənin ölkəmizin iştirakı olmadan baş vermədiyi qeyd edilir. Elə parlament seçkilərində də bunun şahidi olduq. Əksər elektron və çap orqanları Azərbaycandakı seçkiləri obyektib formada 70 milyonluq Türkiyə ictimaiyyətinə çatdırdılar. Həmim nəşrlərdə Azərbaycanla bağlı gedən xəbərlərə baxış sayının rekord həddə çatdığını müşahidə etmək mümkündür. Bu da Türkiyə üçün Azərbaycanın nə qədər strateji önəm kəsb etdiyinin bariz nümunəsidir.

Bunun bir sıra siyasi səbəbləri ilə yanaşı, iqtisadi önəmliliyi də var. Belə ki, Azərbaycanla Türkiyəni artıq tam gücü ilə işləyən layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Ərzurum, Bakı-Tbilisi-Qars bağlayır. Ən əsası, tək region üçün deyil, Avropa üçün də əhəmiyyət kəsb edən TANAP layihəsi reallaşmaq üzrədir. Məhz bu səbəblərdən də türk xalqı üçün Azərbaycanda sabitliyin və əmin-amanlığın olması önəmli məsələdir. Təsadüfi deyil ki, qardaş ölkənin mətbuatı prezident İlham Əliyevin keçirdiyi görüşlərinə, səfərlərinə, səsləndirdiyi bəyanatlara böyük önəm verir və onu öz səhifələrində ilk yerlərdə dərc edir.

Məsələn, ötən gün qardaş ölkənin aparıcı xəbər agentlikləri, saytları, qəzetləri dövlət başçısının miqrantlarla bağlı səsləndirdiyi fikirləri dərc edib. Bu sırada Cihan, Anadolu, DHA agentlikləri, "Bu gün", "Dünya" qəzetləri və s. nəşrləri göstərmək olar. "TRT Türk" nəşri "Aliyev`den Avrupa`ya sığınmacı eleştirisi" başlıqlı məqaləsində yazır ki, prezident İlham Əliyev bölgədə və dünyada gedən proseslər barədə maraqlı fikirlər səsləndirib. Nəşr qeyd edir ki, prezident dünyada maliyyə və iqtisadi sahədə yaşanan böhrandan bəhs edib. "İndi bu böhrana siyasi və hərbi böhran əlavə olunub. İndi dünyada gedən prosesləri siz də izləyirsiniz. Görürsünüz ki, dünyanın müxtəlif yerlərində, bizim qonşuluğumuzda çox narahatedici proseslər gedir. Həm Avropada, həm MDB məkanında, Yaxın Şərqdə qanlı toqquşmalar, qarşıdurmalar baş verir, qan tökülür. Belə olan halda, hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında daha da ciddi düşünməlidir. Əslində, biz bu barədə həmişə düşünmüşük. Azərbaycan xalqının təhlükəsiz şəraitdə yaşaması bizim üçün ən birinci prioritet məsələ idi. Çünki əgər biz buna nail ola bilməsə idik, heç bir inkişafdan söhbət gedə bilməzdi. Sabitlik olmayan yerdə inkişaf mümkün deyil", - deyə nəşr prezidentin sözlərini sitat göstərib.

Anadolu agentliyi də prezidentin Avropada yaşananlarla bağlı fikirlərini dərc edib. "Baxın, bu gün Avropada mənəvi böhran yaşanır. Avropa bəyan etdiyi dəyərlərə sadiq çıxa bilmir, miqrantlara - müsəlman qaçqınlarına nə qədər böyük əzab-əziyyət verilir, onların ləyaqəti alçaldılır, onlara qarşı çox dözülməz, qəbuledilməz addımlar atılır. Mən dəfələrlə demişəm, o insanların heç bir günahı yoxdur. Xarici müdaxilə nəticəsində onların ölkələri darmadağın edildi, onlar on minlərlə, yüz minlərlə yaxınlarını itirdilər, milyonlarla insan qaçqın vəziyyətinə düşdü və indi onlar Avropaya pənah aparırlar. Orada isə onların qarşısında sədlər tikilir, tikanlı məftillər çəkilir, onlara itlərlə hücum edilir, onlar qəfəsə salınır. Sonra isə insana yaraşmayan o qəfəsin üstündən onlara yemək atılır. XXI əsrdə bu qədər dözülməz hərəkət heç kimə şərəf gətirmir. Bu, bir sınaq dövrüdür. Avropa indi bu sınaqdan çıxmalıdır, bəyan etdiyi dəyərlərə sadiq qalmalıdır. Yoxsa, əgər bu vəziyyət davam edərsə, heç bir başqa ölkə qarşısında heç bir tələb qoyula bilməz. İlk növbədə, sən özün daxildə bu prosesləri normal məcraya salmalısan, özün daxildə bəyan etdiyin dəyərlərə sadiq çıxmalısan, ondan sonra kimdənsə nəsə tələb edə bilərsən. Bu proseslər bizi çox narahat edir, incidir, ürəyimizi ağrıdır. O yazıq insanları bu vəziyyətdə görəndə əminəm ki, hər bir normal insan çox ağır hisslər yaşayır. Digər tərəfdən, bu, dini qarşıdurmadır, - mən bunu belə adlandırardım, - bu, miqrant böhranı deyil, bu, dini qarşıdurmadır, bu, islamafobiyanın əlamətidir. Bu, son illər ərzində anti-müsəlman təbliğatının nəticəsidir və bu, daha da böyük problemlərə və dünyada sivilizasiyalararası toqquşmaya gətirib çıxara bilər", - deyə dövlət başçısı vurğulayıb.

Yuxarıda qeyd etdiyimiz kimi, nəşrlər tək dövlət başçısının çıxışları deyil, onun səfərlərinə də böyük önəm verirlər. Bu sırada, prezident İlham Əliyevin qonşu Gürcüstana səfəri diqqət mərkəzindədir. Məsələn, "Cihan" agentliyi "Azerbaycan Cumhurbaşkanı Aliyev Tiflis`te" başlıqlı məqalədə səfərin yüksək səviyyədə keçməsindən, bu səfərin tək iki ölkə üçün deyil, Türkiyə üçün də önəmindən bəhs edib. Nüfuzlu "Bu gün" qəzeti isə bu səfərə "Azerbaycan Cumhurbaşkanı Aliyev Gürcistan`da" başlıqlı yazısı ilə yer ayırıb. "Taym türk" nəşri də səfərlə bağlı yazısının başlığını "Azerbaycan Cumhurbaşkanı Aliyev Gürcistan`da" kimi qoyub. Burada dövlət başçısının səfər zamanı səsləndirdiyi bəyanatlara yer ayrılıb. Dövlət başçısı iki ölkənin çox yaxın işbirliyində olduğunu, xüsusən də torpaqların bütövlüyünün qorunması məsələsində bir-birinə dəstək verdiklərinin söyləyib. Eləcə də, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında gedən müharibə zamanı Azərbaycanın bütün təzyiqlərə baxmayaraq, Gürcüstana hərtərəfli yardım etdiyini də nəşr diqqətə çatdırıb.

Yeri gəlmişkən, qardaş ölkənin nəşrləri bunlarla yanaşı, prezident İlham Əliyevin son günlər sahibkarlığın inkişafi ilə bağlı həyata keçirdiyi islahatlar, verdiyi fərman və sərəncamları da təqdir edirlər. Məsələn, "Son dakika" nəşri "Tusiab`dan Azerbaycan Cumhurbaşkanı Aliyev`e Tam Destek" başlıqlı yazısında türk iş adamlarının fikirlərini dərc edib. TÜSİAB-ın rəhbəri Yavuz Keleş prezidentin bu istiqamətdə atdığı addımların Azərbaycanda çalışan türk iş adamları tərəfindən dəstəkləndiyini bəyan edib. Onlar lisenziyaların "ASAN xidmət" mərkəzlərinə verilməsi, vergi yoxlamalarının dayandırılması, eləcə də gömrük rüsumlarının azaldılmasına görə dövlət başçısına təşəkkürlərini çatdırıblar.

Kaspi.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılacağı VAXT BİLİNDİ

    Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılacağı ...

    18-03-2017, 12:34

  • 
  • ​Binəli Yıldırım: Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun önəmli bir hissəsidir

    ​Binəli Yıldırım: Bakı-Tbilisi-Qars dəmir yolu ...

    30-10-2017, 21:01

  • 
  • "Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ortalarında istismara veriləcək"

    "Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ...

    12-02-2017, 12:40

  • 
  • Gürcüstandan Rusiyanın Bakı-Tbilisi-Qars layihəsinə qoşulmasına etiraz

    Gürcüstandan Rusiyanın Bakı-Tbilisi-Qars ...

    10-05-2019, 17:33

  • 
  • Azərbaycan prezidentinin Gürcüstana səfəri yerli mətbuatın diqqət mərkəzində

    Azərbaycan prezidentinin Gürcüstana səfəri yerli ...

    7-11-2015, 18:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu