"Report"un xəbərinə görə, rayonun Əlvənd kənd sakini, 1984-cü il təvəllüdlü Aynur Daşqın qızı Qasımova noyabrın 6-da saat 13 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Onun evdən getməsindən xəbər tutan həyat yoldaşı Məhəbbət Qiyami oğlu Qasımov DİN-in "102" "qaynar xətti"nə və Zərdab Rayon Polis Şöbəsinə müraciət edib.
Polis Şöbəsindən "Report"a verilən məlumata görə, qadının itkin düşməsi ilə əlaqədər əməliyyat-axtarış qrupu yaradılıb, hazırda axtarışlar davam etdirilir.
Qeyd edək ki, Aynur Qasımovanın 10 aylıq körpəsi var. Körpə hazırda evdədir.
Sorğu
Yeni dizaynımız necədir?