GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Mahmudov ev dustağıdır - SENSASİYA

Eldar Mahmudov ev dustağıdır - SENSASİYA

Tarix: 12-11-2015, 17:23 Bölmə :Ölkə Baxış: 0
 Eldar Mahmudov ev dustağıdır - SENSASİYA

Sabiq nazir işdən çıxarılan gün onun barəsində həbs sanksiyası imzalanıb, bundan sonra isə onun ev dustaqlığı barədə məhkəmə qərarı verilib; E.Mahmudovun bu cür təcridinə qərar verilməsinin daha bir səbəbi MTN-dəki “çete”nin illərdir əldə etdiyi qeyri-qanuni milyardların izini tapmaq üçündür

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ev dustağıdır. Bu sensasion məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, bununla bağlı qərar oktyabrın 17-də verilib. Qeyd edək ki, Cinayət Məcəllənin 154.2.1-154.2.9-cu maddələrində nəzərdə tutulmuş qətimkan tədbirləri sırasında ev dustaqlığı da var. Qaynağımızın iddiasını rəsmi mənbələrdən dəqiqləşdirmək mümkün olmasa da, ortaya daha maraqlı məqam çıxıb.

Çünki ev dustaqlığı həbsə alternativ qətimkan tədbiri olduğundan şəxsin həbsə alınması barədə məhkəmənin qərarı alındıqdan sonra onun əvəzinə seçilə bilər. Yəni bu o deməkdir ki, oktyabrın 17-də işdən çıxarılan E.Mahmudov barədə həbs sanksiyası verilib, amma bu, ev dustaqlığı ilə əvəz olunub. Mənbəmiz onu da dəqiqləşdirib ki, sabiq nazirin nəzarət altında saxlanılması barədə mediadakı xəbərlər hüquqi baxımdan mümkün deyil. “Çünki Cinayət Məcəlləsində Prosessual Məcburiyyət Tədbirləri haqda fəsildə aydın yazılır ki, nəzarət altında saxlama yalnız yetkinlik yaşına çatmayan şəxsin barəsində seçilə bilər. Komandanlığın müşahidəsi altına vermə isə yalnız hərbi qulluqçu və ya hərbi toplantıda təlim keçdiyi müddətdə hərbi mükəlləfiyyətli şəxs barəsində seçilir” deyə, bildirib.

E.Mahmudovun işdən çıxarılmasından dəqiqələr sonra aralarında generallar da olan ən yaxın adamlarının qandallanması sabiq nazirin də təqsirləndirilən şəxs qismində barəsində qətimkan tədbirinin seçiləcəyi əslində sensasiya deyil, bəlkə də zərurət idi. MTN-də baş verən tükürpədici faktlar açıqlandıqdan sonra ortaya “bəs Eldar Mahmudov?” sualı çıxıb. Onun ən inanılmış adamlarının həbsə alınması, bəzilərinin təhlükəsizlik orqanlarından qovulması, qohumlarının bütün dövlət işlərindən uzaqlaşdırılması sabiq nazirin rahat təqaüd həyatının olmayacağı deməkdir. Bütöv bir nazirlikdə yuxarıdan aşağı kadr təmizlənməsi, baş vermiş cinayətlərin hamısında birbaşa nazirin adının keçməsi E.Mahmudov barədə həbs sanksiya üçün əsasdır.

E.Mahmudov barəsində elə həmin gün həbs qərarının verilməməsi onun ciddi nəzarət altında saxlanıldığı versiyasını gücləndirib. Mənbəmiz isə iddia edir ki, sabiq nazir işdən çıxarılan gün onun barəsində həbs sanksiyası imzalanıb, bundan sonra isə onun ev dustaqlığı barədə məhkəmə qərarı verilib. Sabiq nazirə əmri ilə bərabər, həm də həmin sənədlər təqdim edilib. “Böyük ehtimalla nazir barədə sanksiyanı baş prokurorun müavini Rüstəm Usubov imzalayıb, Səbayel Rayon Məhkəməsi isə ev dustaqlığı barədə qərar verib” deyə, mənbəmiz sonda bildirib.

Yada salaq ki, hələ ötən həftə “Yeni Müsavat” sabiq nazirə niyə həbs qərarı verilmədiyinə dair xəbərlərə toxunmuşdu. Bildirilirdi ki, hakimiyyət daxilində gərginliyi artmaması üçün E. Mahmudovun həbsinə birbaşa qərar verilməyib. İddia var ki, E.Mahmudovla konflikti olanlar onun dərhal “zərərsizləşdirilməsinə” tərəfdar olublar. Amma son nəticədə məhz E.Mahmudovun bu cür təcridinə qərar verilib.

E.Mahmudovun bu cür təcridinə qərar verilməsinin daha bir səbəbi MTN-dəki “çete”nin illərdir əldə etdiyi qeyri-qanuni vəsaitlərlə bağlıdır. Məlumata görə, bu vəsaitin böyük bir hissəsi ən müxtəlif yollarla ölkədən çıxarılıb. Bu vəsaitin hətta bir neçə milyard ola biləcəyi ilə bağlı da iddialar var. İndi böyük bir qrup bu vəsaitin izini araşdırır və həmin pulların ölkəyə qaytarılmasını təmin etməyə çalışır.

Aydındır ki, E.Mahmudov birbaşa həbsə salınsaydı, hakimiyyət üzərinə müəyyən qınaqlar ola bilərdi. E.Mahmudovun “xidmətləri” və “hakimiyyətə sədaqəti” müzakirə mövzusu olacaqdı. Amma indi MTN-lə bağlı üzə çıxan şok faktlar E.Mahmudovun yaxın çevrəsini və ona bağlı kiçik də olsa müqavimət qruplarını tam arqumentsiz qoyub. MTN-də zillət görmüş sahibkarlar E.Mahmudovun həbsə alınmasını tələb edirlər, mümkün müqavimət mərkəzləri susdurulub, sabiq nazirin sirlərini bilənlər isə həbsə alınıb, güman ki, artıq ifadə də verirlər...

Yeri gəlmişkən, noyabrın 10-da təhlükəsizlik orqanlarından xaric edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib. Toplanmış materialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunması E.Mahmudovun daha iki generalının həbsini qaçılmaz edir. MTN-dəki cinayətkar şəbəkənin əsas fiqurantlarından biri olan Akif Çovdarov Eldar Mahmudovun “sağ əli” və kassiri hesab olunur və buna dair istənilən qədər fakt var. Prokurorluğun onlar barəsində həbs, yoxsa ev dustaqlığı qərarı verəcəyi yaxın 24 saatda bilinməlidir. Böyük ehtimalla adı bir çox cinayətlərdə hallanan generallar barədə həbs-qətimkan tədbiri seçiləcək.

Bildirək ki, oktyabrın 17-dən keçən müddətdə sabiq nazirin görünməsi barədə yalnız bir xəbər keçib. Qeyr-rəsmi xəbərdə bildirilirdi ki, Eldar Mahmudov oktyabrın 25-də qudası, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin anasının dəfnində və yasında iştirak edib. Amma bunu təsdiq edən heç bir görüntü ortaya çıxmadığından bu xəbərin nə qədər səhih olduğu bilinmədi. “Yeni Müsavat” öz mənbələrindən yalnız onu dəqiqləşdirib ki, E.Mahmudov Badamdardakı villasında deyil, başqa mənzildə ev dustağı edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovu aparan konvoy yarıyoldan qayıdıb - yeni şok bilgilər

    Eldar Mahmudovu aparan konvoy yarıyoldan qayıdıb ...

    1-12-2015, 14:51

  • 
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59

  • 
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18

  • 
  • Eldar Mahmudov məmurları necə dinləyib?

    Eldar Mahmudov məmurları necə dinləyib? ...

    30-10-2015, 23:29

  • 
  • Eldar Mahmudov öldü?

    Eldar Mahmudov öldü? ...

    17-06-2016, 22:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (372)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu