Şəhriyar Hüseynovun bir gecədə 3-4 min manat hesab verdiyi bildirilir
Az öncə Facebookda Masallı rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun oğlu Şəhriyar Hüseynovun fotosu yayılıb. «İnfo Masallı» adlı səhifənin yaydığı fotoda icra başçısının oğlunun keyf məclisi əksini tapıb.
Moderator.az xəbər verir ki, Şəhriyar Hüseynovun fotosu çəkilən məkan gecə klubudur və orada çılpaq qadınlar rəqs edir. Səhifə isə yazır ki, Şəhriyar Hüseynov Bakı şəhərinin ən bahılı gecə klublarının hörmətli qonaqlarından hesab olunur. «Bir gecədə 3-4 min manat hesab verən, gecə klubuna ən azı yanında 5-6 qızla gedən Şəhriyar bəy, görəsən, haradan qazanır bu qədər pulu? Bizə çox maraqlıdır».
Xatırdadaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müşavirələrdə bəyan edib ki, məmurlar özlərinə və övladlarına çəki-düzən verməlidirlər. Dövlət başçısı bəyan edib ki, övladları harınlıq edən, camaatı incidən və özbaşınalıqlarla məşğul olan məmurları ağır şəkildə cəzalandıracaq. Qeyd edək ki, indiyə qədər prezident bir neçə məmuru övladlarının hərəkətinə görə işdən azad edərək, cəzalandırıb.
Bildirilir ki, Rafil Hüseynovun oğlu ilə bağlı məlumatlar hələ xeyli əvvəl də yayılmışdı. Mətbuatda yayılmış həmin xəbərlərdə iddia olunurdu ki, Masallının icra başçısının oğlu Şəhriyar Hüseynov rayonda bir neçə il əvvəl avtomobil qəzası törədərək, 4 nəfərin ölümünə səbəb olub. Lakin həmin hadisə dərhal gizlədilib və qəza ilə bağlı məsuliyyət isə başqalarının üzərinə qoyulub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?