Bakıda özünü kondisionerin naqilindən asan 9 yaşlı uşağın SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadənin sürücüsünün qızı olduğu təsdiqlənib. Bu barədə SOCAR-ın Məxfi Rejim və Hərbi Səfərbərlik Şöbəsindən Axar.az-ın sorğusuna cavabda bildirilib. Məlumatda deyilib ki, 2006-cı il təvəllüdlü Pərixanımın atası Böyükağa Məmmədov uzun illərdir X.Yusifzadənin şəxsi sürücüsü vəzifəsində çalışır. Qeyd edək ki, bu məqamı ilk olaraq Hafta.az qeyri-rəsmi mənbəyə istinadən yayıb. İntihar hadisəsi paytaxtın Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən evdə qeydə alınıb. Pərixanım uşaq otağındakı kondisionerin naqilindən özünü asaraq canına qıyıb. 9 yaşlı qızın özünə qəsd etməsinin səbəbi bilinmir.
Sorğu
Yeni dizaynımız necədir?