GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » XİN-dən həmsədrlərə sərt cavab: "Uğursuz işdən nəticə çıxarın!"

XİN-dən həmsədrlərə sərt cavab: "Uğursuz işdən nəticə çıxarın!"

Tarix: 13-11-2015, 00:06 Bölmə :Ölkə Baxış: 0
XİN-dən həmsədrlərə sərt cavab: "Uğursuz işdən nəticə çıxarın!"

"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 20 ildən artıq dövrü əhatə edən uğursuz fəaliyyətdən düzgün nəticə çıxarmalarının zamanı çoxdan yetişib".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Minsk Qrupu həmsədrlərinin 12 noyabr, 2015-ci il tarixli açıqlamasına münasibət bildirərkən deyib.

O deyib: "Açıqlamada həmsədrlər münaqişənin həllinə maraq göstərən digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduqlarını iddia edir və münaqişə tərəfi olan Azərbaycan və Ermənistanın mövqeyi üzrə hakim və ya vəkil olmadıqlarını deyirlər. Danışıqlar prosesində inhisarçı və özünü təcrid mövqeyindən çıxış edən Minsk qrupunun həmsədrlərinin Avropa Şurasının Parlament Assambleyasının müvafiq hesabatına və qətnaməsinə və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə əlaqədar fundamental sənədlərinə münasibəti əslində onların digər beynəlxalq qurumlarla əməkdaşlığa nə dərəcədə “hazırlığı”nı bir daha göstərdi".

H.Hacıyev bildirib ki, həmsədrlərdən hakim və ya vəkil olmaq deyil, sadəcə danışıqlar prosesində münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin iradəsini əks etdirən BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının sənədləri, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin aidiyyəti qərarlarının icrasını təmin etmələri tələb olunur: "Bu sənədlər, xüsusilə BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri münaqişənin həllinin hüquqi-siyasi əsaslarını təşkil edir".

XİN rəsmisi xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatına dair 23 mart, 1995-ci il tarixli sənədə görə, həmsədrlər öz fəaliyyətlərində BMT TŞ-nin müvafiq qətnamələrini, ATƏT Budapeşt sammitinin qərarlarını əsas götürməli, BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının prezidentinə qətnamələrin icrası haqqında hesabat verməlidirlər.

H.Hacıyev bildirib ki, işğal və təcavüz faktı mövcud olduğu halda, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar tərəflərin qərar qəbul etməli olması haqqında bəyanatla çıxış etmək məsuliyyətdən qaçmaq və beynəlxalq ictimaiyyətin verdiyi mandat və etimada xilaf çıxmaqdan başqa bir şey deyil: "ATƏT-in Minsk Qrupunun bu cür mövqeyi yalnız Ermənistanın maraqlarına xidmət edərək, Ermənistanın Azərbaycana qarşı işğalının davam etməsini və həmsədr ölkələrin dövlət başçılarının müvafiq bəyanatlarında qəbuledilməz və qeyri-davamlı hesab etdikləri mövcud status kvonun saxlanmasını təmin edir".

Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Minsk Qrupu həmsədrlərinin 20 ildən artıq dövrü əhatə edən uğursuz fəaliyyətdən, beynəlxalq səviyyədə və Azərbaycan ictimaiyyətinin gözündə etimadlarını itirmələrindən düzgün nəticə çıxarmalarının zamanı çoxdan yetişib: "Azərbaycan Respublikası münaqişənin həllinə həqiqətən töhfə vermək niyyətində olan beynəlxalq təsisatlarla təmaslarını davam etdirəcək və BMT Nizamnaməsinə uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Paşinyanın son bəyanatı onun Minsk Qrupu həmsədrlərinin təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymadığını göstərdi - XİN

    Paşinyanın son bəyanatı onun Minsk Qrupu ...

    22-11-2018, 16:35

  • 
  • ​Rəsmi Bakı: "Rusiya XİN yaxşı bilir ki, münaqişənin iki tərəfi var"

    ​Rəsmi Bakı: "Rusiya XİN yaxşı bilir ki, ...

    17-10-2018, 18:15

  • 
  • ATƏT-in Minsk qrupundan cəbhədəki gərginliyə- Münasibət

    ATƏT-in Minsk qrupundan cəbhədəki gərginliyə- ...

    25-01-2014, 01:38

  • 
  • Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər

    Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər ...

    3-02-2014, 00:15

  • 
  • Hikmət Hacıyev: "Minsk qrupu həmsədrlərinin son bəyanatı məhz Ermənistana ünvanlanıb"

    Hikmət Hacıyev: "Minsk qrupu həmsədrlərinin ...

    14-03-2019, 13:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu