KTN şefi və onun müavini ilə bağlı ittihamların yer aldığı yeni məlumat daxil olub. Faktlar təqdim edilir:
Kənd Təssərüfatı Naziri Heydər Əsədov və onun sevimli müavini İlham Quliyev çıxışlarında dəfələrlə bəyan ediblər ki, gübrələrdə heç bir qiymət artımı olmayacaq.
Bu isə Aqrolizinq ASC-nin hal hazırda olan qiymətləri Fermerlərin nəzərinə: Mineral gübrələrin güzəştli şərtlərlə satış qiymətləri barədə məlumat
• Ammonium nitrat-1 tonun satış qiyməti-500AZN, 70% güzəşt tətbiq olunmaqla 1 tonun qiyməti-150 AZN və yaxud bir kisənin qiyməti-7.50AZN
• Ammonium sulfat-1 tonun satış qiyməti-433AZN, 70% güzəşt tətbiq olunmaqla 1 tonun qiyməti-129.9 AZN və yaxud bir kisənin qiyməti-6.50AZN
• Superfosfat-1 tonun satış qiyməti-520AZN, 70% güzəşt tətbiq olunmaqla 1 tonun qiyməti-156AZN və yaxud bir kisənin qiyməti-7.8AZN
• Nitroammofoska-1 tonun satış qiyməti-800 AZN, 70% güzəşt tətbiq olunmaqla 1 tonun qiyməti-240 AZN və yaxud bir kisənin qiyməti-12AZN
• Ammofos-1 tonun satış qiyməti-933AZN, 70% güzəşt tətbiq olunmaqla 1 tonun qiyməti-279.9AZN və yaxud bir kisənin qiyməti-14AZN
• Kalium-1 tonun satış qiyməti-649 AZN, 70% güzəşt tətbiq olunmaqla 1 tonun qiyməti-194.7AZN və yaxud bir kisənin qiyməti-9.74AZN
Bununla bağlı fermer və sahibkarlar Aqrolizinq ASC-nin regional nümayəndəliklərinə müraciət edə bilərlər. Əlaqə tel :012 425 18 39 Çağrı Mərkəzi 1652
Cədvəllərdən göründüyü kimi, qiymətlərdə ortalama 15-20 % artım var. Bəs görəsən niyə Heydər Əsədov və İlham Quliyev cəmiyyəti, habelə prezident İlham Əliyevi aldadırlar ki, qiymətlərdə heç bir artım olmayacaq? Onları bunu etməyə nə vadar edib?
Və görəsən qiymət artımı ümumiyyətlə əsaslıdırmı?
Daxil olan materialda deyilir ki, biz bütün növ mineral gübrələri Rusiyadan alırıq və Rus Rublu ilə hesablaşırıq. Bildiyimiz kimi Rus Rublu 2014-cü ilin əvvəlindən bu günə kimi dəyərini 2 dəfə itirib, bu isə o deməkdir ki, alınan məhsulun qiymət 2 dəfə ucuzlaşmalıdır. Nəzərə alsaq ki, Azərbaycan Manatıda bu ilin əvvəli dəyərini 34% itirdi, o zaman ən azından qiymətlərdə 15% ucuzlaşma olmalı idi. Bizdə isə əksinə, qiymətlərdə artım var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?