AzTV-nin Musiqi verilişləri departamentinin rəhbəri Nadir Axundov tutduğu vəzifədən azad edilib.
gundemxeber.az xəbər verir ki, bu haqda afn.az-a informasiya yayıb. Xəbərdə bildirilir ki, N.Axundovun vəzifədən azad edilməsi "MTN işi" ilə bağlıdır. Belə ki, o, bir müddət əvvəl ciddi nöqsanlarla vəzifəsindən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın qohumdur: "Nadir Axundov Eldar Mahmudovun yeznəsidir. Daha dəqiqi, onun bibisi qızı ilə ailəlidir".
Qafqazinfo məsələ ilə bağlı AzTV-nin Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova ilə əlaqə saxlayıb. X.Qasımova bildirib ki, N.Axundovun işdən azad edilməsi ilə bağlı onda məlumat yoxdur. Həmçinin qeyd edib ki, Nadir Axundov Musiqi verilişləri departamentinin rəhbəri deyil: "O, "Mədəniyyət" telekanalının direktor müavinidir".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?