Beş aydır ki, əmək haqlarını ala bilməyən və buna görə dəfələrlə paytaxtda etiraz aksiyaları keçirən “Azərinşaat”ın bölgələrdəki işçiləri yürüşə qoşulmaq üçün artıq Bakıya gəlirlər. Bunu Cebhe.info-ya “Azərinşaat” şirkətinin əməkdaşı Seymur Ələsgərov bildirib.
Onun sözlərinə görə, Lənkəran, Masallı, Ağdaş, Xaçmaz və Gəncədən gələn heyət demək olar ki, yığılmaq üzrədir: “Hazırda “Azərinşaat”ın qarşısındayıq. Səhər saatlarında 70 nəfərlə toplaşmışdıq. Bölgələrdən səsimizə səs vermək üçün yüzlərlə insan gəlir. Tam heyət yığılandan sonra sabah etiraz aksiyasına başlayacağıq. Belə olmaz, bu dəfə də verdikləri sözü tutmadılar. Nəinki tələblərimizə baxmadılar, heç bu məsələ ilə maraqlanmadılar”.
Xatırladaq ki, “Azəryolservis” ASC-nin icraçı direktoru Kamran Rüstəmov əmək haqlarını ala bilməyən fəhlələrə tələblərinin bu gün təmin olunmasına dair söz vermişdi. Qeyd edək ki, “Azərinşaat”ın 1500 işçisi 4 aydır ki, əməkhaqqı ala bilmir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?