Noyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfərə gediblər.
Parisin Orli beynəlxalq aeroportunda Azərbaycan dövlətinin başçısını və xanımını Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, İ.Əliyev "Böyük 20-lər"in noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində keçirilən sammitində iştirak edib. Onun Türkiyəyə işçi səfəri noyabrın 16-da başa çatıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?